İmam əlavə rükətə qalxarsa

Mufti: Şeyxul-İslam İbn Teymiyyə

Sual:

Beşinci rükətə qalxan və təsbih gətirilməsinə baxmayaraq onların sözünə diqqət verməyən və xəta etmədiyini güman edən imam haqqında soruşuldu; (arxasındakılar) onunla birlikdə qalxmalıdırlar ya yox?

 

 

Cavab:

Əgər bilməyərək onunla birlikdə qalxarlarsa namazları batil olmaz, lakin bildikləri halda imama tabe olmamaqları lazımdır, əksinə onlarla birlikdə salam verənə qədər gözləsinlər və yaxud da imamdan qabaq salam versinlər, lakin gözləməkləri daha gözəldir. Doğrusunu Allah bilir.[1]

 

Mənbə:

“Məcmu əl-Fətəva”, 23/53



[1] Alimlər ittifaq ediblər ki, imam əlavə rükətə qalxdıqda onun arxasındakılara bu zaman imama tabe olmaq icazəli deyildir. Əvvəlki imamlardan və alimlərdən kiminsə bundan fərqli görüşdə olduğunu bilmirik, müasir alimlərdən Şeyx əl-Albani’nin – rahiməhullah – bu görüşdə olduğunu bilirik, lakin onun bu görüşünə etimad etmək olmaz, çünki şazdır.

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?