Namazda "sadəqallahu'l-azim" demək

Mufti: Valiyyud-Din Əbu Zur’a Əhməd bin Abdir-Rahim əl-’İraqi

Sual:

(əl-İraqi deyir: ) İmamın qiraətindən sonra və rükuya getmədən öncə bəzi namaz qılanların “sadəqallahu’l-azim” sözünü deməsi haqqında soruşuldum. Bu, caizdirmi? Bununla namaz batil olurmu? Bu, çirkin bir bidətdir ya yox?

Cavab:

Cavab verdim ki, bu, caizdir və buna görə namaz batil olmur, çünki bu, zikrdir və burada hər hansısa insana xitab etmək yoxdur. Lakin bu, bidətdir, ilk zamanda bilinməyən bir şeydir. Bidətlərdə əsl olan çirkinlikdir, yalnız gözəlliyinə dəlalət edən dəlilin olması istisnadır. Bu rəhmət ayələrindən sonra edilən dua kimi deyildir, nə də əzab ayəsindən sonra Allaha sığınmaq zikri kimi deyildir və nə də “ə leysəllahu bi əhkəmi’l-həkimin” ayəsini tilavət etdikdən sonra namaz qılanın dediyi “bələ va ənə alə zəlikə minə’ş-şəhidin” sözləri kimi deyildir və buna yaxın deyildir. Çünki bunlar səbəbləri mövcud olduqda məqamında istifadə edilən xüsusi işlərdir. O isə hər hansı bir ayəyə xas deyildir və bunun tələb etdiyi nəticə budur ki, hər ayəni tilavət etdikdən sonra o sözlər təkrar edilməlidir və bu, çirkinliyi aşkar bir haldır. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətəva əl-’İraqi”, səh: 149-150, Daru’l-Fəth, birinci nəşr: 1430/2009, Amman

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?