Qadın, qara it və eşşəyin namaz qılanın qarşısından keçməsi

Mufti: Şeyx Abdul-Aziz bin Baz

Sual:

Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

Cavab:

Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – belə dediyi sabit olmuşdur: “Əgər qarşısında yəhərin arxa hissəsi boyda bir şey olmazsa qadın, eşşək və qara it kişinin namazını kəsir.”[1] Başqa hədisdə isə “heyzli qadın”[2] sözləri gəlmişdir və bununla qəsd olunan mükəlləf qadındır.

Kimin qarşısından sütrə arxasından bu üçündən biri keçərsə namazı kəsilməmişdir, lakin sütrə ilə onun arasından keçərsə namazını kəsir və əgər heç bir sütrəsi olmazsa və bu üçündən biri onun ayağından üç zira məsafəsi qədər yaxınından keçərsə namazı kəsir. Lakin əgər qarşısından keçən bu üç ziradan uzaq bir məsafədə keçərsə namazını kəsmir, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – sabit olmuşdur ki, o, Kəbədə namaz qılarkən özü ilə Kəbənin qərb divarı arasında üç zira məsafə saxladı və namazını qıldı və həm də qeyd etdiyimiz bu məsafədən uzun bir yerdən keçən kəs namaz qılanın qarşısından keçmiş sayılmaz.[3]

Lakin kişi, qaradan başqa rəngdə olan it və başqa heyvanlar kimi qeyd olunmuş üçlükdən başqalarına gəldikdə isə bunlar namazı kəsmirlər, lakin namaz qılan mütləq olaraq qarşısından keçənlərin qarşısını almalıdır, hətta bu üçündən başqalarının da qarşısı alınmalıdır. Lakin bu üçündən, qadın, eşşək və itdən başqa heç bir şey namazı kəsmir və batil etmir, əl-Haram məscidi isə bundan istisnadır və orada mütləq olaraq namaz qılanın qarşısından keçən heç bir şey namazı kəsmir, çünki bu barədə dəlillər gəlib və üstəlik bundan qaçmaq çox çətindir.[4]

Mənbə:

"Məcmu Fətava va Məqalət Mutənavvia", 11/93-94


[1] İmam Əhməd “Musnədul-Ənsar”da (rəq: 20414), Muslim (789), ət-Tirmizi (310), ən-Nəsai (742), Əbu Davud (602) və İbn Macə (942) rəvayət edib.

[2] İmam Əhməd “Musnədu Bəni Haşim”də (rəq: 3071), Əbu Davud (603), ən-Nəsai (743) və İbn Macə (939) rəvayət edib.

[3] Məzhəbin görüşünə görə sütrədən istifadə olunmazsa namaz qılanın qarşısından keçilməsi qadağan olunmuş məsafə üç zira (1.5 metr) olaraq götürülür və bu məsafədən keçmək olmaz. Lakin bu məsafənin ötəsindən keçməkdə isə heç bir problem yoxdur, məkruh da deyildir.

[4] Məzhəbin görüşünə görə tam qara rəngdə olan itdən başqa heç bir şeyin keçməsi ilə namaz batil olmaz. Qara itin isə tam olaraq qara olması şərtdir, alimlərimiz gözləri arasında ağ nöqtənin olmasını bundan istisna edirlər. Məşhur görüşə görə qadın və eşşəyin keçməsi namazı batil etmir. İmam Əhməddən gələn digər rəvayətə görə isə hər üçü də batil edir və bu görüşə əl-Məcd İbn Teymiyyə, Taqiyyud-Din İbn Teymiyyə və Şəmsud-Din İbn Qudamə üstünlük veriblər və Şeyxul-İslam İbn Teymiyyə üstəlik İmam Əhmədin məzhəbinin bu olduğunu demişdir.

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?