Kişilərin boyundan zəncir taxması

Mufti: Şeyx Muhamməd bin Saleh əl-Useymin 

Sual:

Kişilərin zəncir taxmalarının hökmü soruşuldu.

Cavab:

Bəzənmək üçün zəncir taxmaq haramdır, çünki bu, qadınların xüsusiyyətlərindəndir və bu, qadınlara bənzəmək sayılər. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – özünü qadınlara bənzədən kişiləri lənətləmişdir. Həmin zəncirin qızıldan olması isə bunun haramlılığını və günahını artırır, çünki bu, hər iki tərəfdən kişiyə haramdır; bunun qızıl olması baxımından və qadınlara bənzəmək baxımından. Bu işin çirkinliyini artıran onda heyvan və ya kral şəkli olmasıdır. Onda xaçın olması isə bundan da böyük və bundan da çirkindir. Çünki bu, qadına da haramdır, belə bir bəzək taxması, istər insan, istər heyvan, istərsə də xaç şəkli olsun, qadınlara da haramdır. Bu – yəni, üzərində şəkil olan şeyləri taxmağı qəsd edirəm – həm kişilərə, həm də qadınlara haramdır. Onlardan heç kəsə üzərində heyvan və ya xaç şəkli olan bir şeyi taxmaları caiz deyil.   

Mənbə:

“Məcmu Fətava va Rasəil Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 11/96 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?