Futbolka geyinməyin hökmü

Mufti:

Şeyx Abdulaziz bin Baz

Şeyx Abdullah bin Ğudeyyan

Şeyx Saleh əl-Fəuzan

Şeyx Abdul-Aziz Aluş-Şeyx

Şeyx Bəkr Əbu Zeyd

Sual:

Üzərində kafirlərin şüarlarını daşıyan idman paltarları geyinməyin hökmü nədir? Məs; üzərində italiyanın, almaniyanın və amerikanın emblemləri olan və ya üzərində bəzi kafir oyunçuların adlarının yazıldığı idman futbolkaları?

Cavab:

Üzərində kafirlərin şüarlarını daşıyan paltarların aşağıdakı kimi təfsilatı var:

- Əgər bu paltarlarda xaç və bənzəri rəmzlər kimi kafirlərin dinlərinin şüarlarının rəmzləri varsa, bu zaman bu paltarları idxal etmək, satmaq və geyinmək caiz deyildir.

- Əgər bu şüarlar şəkil yerləşdirməklə və ya adını yazmaqla və ya bənzəri yollarla kafirlərdən bir kimsəni təzim edirsə, bu da əvvəlki hökmdəki kimi haramdır.

- Əgər bu şüarlar bir ibadətin rəmzi deyilsə, bir şəxsin təzimi üçün bir rəmz rolu daşımırsa, sadəcə mübah olan ticari əlamətlərdirsə - buna "markalar" deyirlər - o zaman bu paltarlarda heç bir problem yoxdur.

Mənbə:

"Fətava əl-Ləcnə əd-Dəimə", 24/24-25

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?