Yezid bin Müaviyəyə lənət etmək

Mufti: Əbu Amr İbn əs-Saləh əş-Şəhruzuri

Sual:

Bir nəfər etiqad edir ki, Yezid bin Muaviyə, əl-Hüseyn bin Əli’nin – radiyallahu anhumə - öldürülməsini əmr etmişdir, bu seçimi etmiş və buna məcburi yox, könüllü olaraq razı olmuşdur. Bu işə təqlid etdiyi kəslərdən bəzi rəvayət edilmiş hədislər gətirir. O, bu məsələdə israrlıdır, (Yezidi) söyür və buna görə ona lənət edir. Bu barədə alimlərin cavabı lazımdır ki, onu bu işindən çəkindirsin və ya onun üçün hüccət olsun.

 

 

 

 

Cavab:

Onun (əl-Hüseyni) – radiyallahu anhu – öldürməyi əmr etməsi bizə görə səhih deyildir və bizə səhih yolla gəlib çatmış xəbərlərə görə onun – kərraməhullah – ölümünə səbəb olmuş döyüşü əmr edən İraqın o zamankı valisi Ubeydullah bin Ziyaddır.

Yezidi söyməyə və ona lənət etməyə gəldikdə isə bu, möminlərin halına yaraşmır. Belə ki, əgər onu öldürdüyü və ya öldürülməsini əmr etdiyi səhih olsa belə səhih bir həsidə gəlib ki, “müsəlmana lənət etmək onu öldürmək kimidir”[1] və əl-Hüseyn’in – radiyallahu anhu - qatili bununla kafir olmur. Sadəcə olaraq böyük günah etmiş olur. Öldürmək ilə yalnız peyğəmbərlərdən bir peyğəmbəri öldürən kafir ola bilər. İnsanlar Yezidə münasibətdə üç firqədir:

Bir firqə onu sevir, onu vəlilərdən sayırlar, digər firqə isə onu söyür və ona lənət oxuyur. Bunda orta ölçülü olan firqə isə nə onu sevmir, nə də ona lənət etmir. Rəşidi xəlifələrdən savayı digər müsəlman krallar, xəlifələrə və onların bənzərlərinə göstərilən münasibəti ona da göstərirlər. Doğru olan bu firqədir və keçmişdəkilərin həyatını tanıyanlara, pak şəriətin qaydalarını bilənlərə layiq olan məzhəb bu məzhəbdir. Allah bizi bu şəriət əhlinin ən xeyirlilərindən etsin!

 

 

Mənbə:

“Fətəva va Məsəil İbnis-Saləh”, səh: 216-219; Dar əl-Mərifə, birinci nəşr: 1406/1986, Beyrut

 


[1] əl-Buxari, 6047

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?