Uzanaraq yemək və içmək

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

 

 

Sual:

Uzanaraq (dirsəklənərək) yeməyin hökmü nədir? Peyğəmbərin – salləllahu aleyhi va səlləm – “mən uzanaraq (dirsəklənərək) yemirəm” dediyi səhihdirmi? Uzanmağın həqiqi anlamı nədir?

 

Cavab:

Alləmə Muhamməd əs-Səfərini “Ğizəul-Əlbəb Şərhu Mənzumətil-Ədəb” kitabında deyir: “Yemək yeyənin uzanmış (dirsəklənmiş) halda yeməsi və içməsi məkruhdur[1], çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Mən uzanaraq yemirəm.”[2]

Bəzi alimlər deyiblər: “(Rəvayətdə keçən) uzanmış biri oturuşunda bir tərəfi üstünə meyl edən biridir.” Bəzi alimlər isə bunu “yerini rahatlamış biri” olaraq təfsir ediblər.

əl-Buxari’nin rəvayət etdiyi peyğəmbərin – salləllahu aleyhi va səlləm – “mən uzanaraq yemirəm” sözləri haqqında Alləmə İbn Muflih dedi[3]: “Yəni ki, dünya axtarışında olan biri, yerini rahatlamış birinin yemək yediyi kimi yemirəm, əksinə rahatsızlıq halında ehtiyacım qədərində yeyirəm.”

“əl-Qamus”da[4] deyilir: “Onu vurdu və (yerə) uzatdı, (yəni) çıxartdı deyildiyi kimi; uzanmış birinin halına düşəcək şəkildə və ya sol tərəfi üstə düşəcək şəkildə tulladı.” Peyğəmbərin – aleyhissalətu vassələm – “mən uzanaraq yemirəm” sözü haqqında əl-Xattabi[5] dedi: “Burada “uzanmış” sözü altındakı bir şeyə yastılanaraq oturmuş biridir. Dedi: “Bununla çoxlu yeməyə hazırlaşan biri kimi yumşaq yerdə, balışlar üstündə oturmadığını qəsd etmişdir, əksinə narahat şəkildə oturardı, yumşaq yerdə oturmazdı və ehtiyacını ödəyəcək qədər yeyərdi.” İmam İbn Hubeyra[6] dedi: “Bir insanın uzanaraq (dirsəklənərək) yemək yeməsi Allahın onun qarşına qoyduğu ruziləri və bunlardan yeməsi üçün halal gördüyü nemətlərin dəyərini xəfif görməsini göstərir və həm də insanların yemək adətlərinə müxalifdir, onlar oturub yedikləri halda bu, uzanaraq yeyir. Çünki bu, özündə ədəbsizliyi, cahilliyi və nemətə qarşı nankör olmaq xüsusiyyətlərini özündə cəm edir, üstəlik uzanaraq yedikdə qida həzmin yeri olan mədənin dibinə çatmır. Buna görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – bunu etməmiş və bunun məkruh olmasına diqqət çəkmişdir.”

 



Mənbə:

“Fətava İbn Aqil”, 2/228-229; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000

 


[1] Lakin məzhəbin məşhur görüşünə görə ayaq üstə yemək və içmək halaldır, məkruh deyildir. Bu həm də malikilər ilə şafiilərin görüşüdür. İmam Əhməddən gələn ikinci rəvayətə görə məkruhdur. İbn Əbi Musa əl-Haşimi “əl-İrşad” kitabında bu rəvayəti doğru sayıb və bu, həm də Şeyxul-İslamın ixtiyarıdır.

[2] əl-Buxari (5398, 5399); Əbu Davud (3769); ət-Tirmizi (1830) və ət-Tirmizi dedi: “Həsən səhihdir.” Rəvayətin bu şəkli ət-Tirmiziyə aiddir.

[3] “əl-Ədəb əş-Şəriyyə”, 3/169

[4] “əl-Qamus”, وكأ

[5] Bax: “Məalimus-Sünən”, 5/301-302

[6] Bunu İbn Muflih ondan “əl-Ədəb”də (3/170) rəvayət edir.

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?