İstədiyin hər şeyi yemək israfdandır

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Yemək barədə varid olmuş əsər və bu, onların “iştahan çəkdiyi hər bir şeyi yeməyin israfdandır” sözüdür; bu, peyğəmbərdən – salləllahu aleyhi va səlləm – mərfu olaraq rəvayət edilmiş bir hədisdir? Kim rəvayət edib və mənası nədir?

 

 

Cavab:

Bəli, bu, peyğəmbərdən – salləllahu aleyhi va səlləm – mərfu olaraq rəvayət edilmiş bir hədisdir. Bunu İbn Macə Ənəs’dən rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – ona dedi: “İştahan çəkdiyi hər bir şeyi yeməyin israfdandır.” Lakin bunda zəiflik vardır ki, bunu İbn Muflih “əl-Ədəb” kitabında qeyd edir.

Bununla eyni mənada “əl-Muvatta” kitabında Cabirdən bir rəvayət gəlib; dedi: Ömər bin əl-Xattab əlimə yapışmış bir ət parçası gördü və dedi: “Bu nədir, ay Cabir?” Dedim: “Ürəyim ət istədi və aldım.” Dedi: “Məgər hər dəfə iştahan bir şey istəsə onu alacaqsanmı?! Bu ayədən qorxmursanmı?! “Dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız.[1]

Bu mövzuda gəlmiş digər əsərlər də bunun doğruluğuna şahidlik edir, çünki insanın nəfsinin bir həddi-hüdudu yoxdur. Əgər insan öz qarnının qayğısına qalmağa başlasa və iştahası çəkən hər bir şeyi əldə etməyə çalışsa, canını və mədəsini yoracaq və bu da öz növbəsində israfa gətirib çıxaracaqdır. Bu, qaçınılmazdır.

Allah onların şəhvətlərə dalmaqlarını bu sözləri ilə qınamışdır: “Dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız.” Dünya həyatında nemətlərini sərf edib qurtaran və onlardan zövq alan hər kəsin Axirətdəki dərəcəsi azalır, çünki bu barədə səhih hədislər varid olmuşdur.

İmam Əhməd deyir: “İnsan şəhvətləri tərk etdiyinə görə əcr qazanır.” Şəriətə müxalif olmadığı təqdirdə (əcr qazandığını) qəsd edir. Lakin heç bir şəri səbəb olmadan gözəl nemətlərdən imtina etmək dinin buyurduğu bir iş deyildir, çünki Allah o nemətlərdən yeməyi bu sözləri ilə əmr etmişdir: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin və Allaha şükür edin!”[2] Şeyx Taqiyyud-Din (İbn Teymiyyə) deyib: “Heç bir şəri səbəb olmadan pak nemətlərdən imtina edən bidət əhlindəndir.” Allahul-Mustəan!

 

 

Mənbə:

“Fətava İbn Aqil”, 2/219-220; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000

 


[1] əl-Əhqaf, 20

[2] əl-Bəqara, 172

 

Bu mövzuda gəlmiş digər əsərlər də bunun doğruluğuna şahidlik edir, çünki insanın nəfsinin bir həddi-hüdudu yoxdur. Əgər insan öz qarnının qayğısına qalmağa başlasa və iştahası çəkən hər bir şeyi əldə etməyə çalışsa, canını və mədəsini yoracaq və bu da öz növbəsində israfa gətirib çıxaracaqdır. Bu, qaçınılmazdır. 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?