Kişilərin saç uzatması

Mufti: Şeyx Muhamməd bin Saleh əl-Useymin

Sual:

Saçlarını uzadan kişilər haqqında soruşuldu.

 

 

Cavab:

Şəriyyətin qadağan etmədiyi faydalı işlərdə təqlid etmək caizdir, lakin zərərli işlərdə və ya şəriyyətin qadağan etdiyi adətlərdə təqlid etmək isə caiz deyildir. Saçlarını uzadanlara deyirik ki, (sizin etdiyiniz) bizim bu zamanda tabe olunan adətlərə uyğun deyil. Saçı uzatmağın tələb olunmuş sünnətlərdən olması, yoxsa öz zamanındakı insanların getdiyi adətə uyğun gəlməsi lazım olan bir iş olması haqqında ixtilaf vardır.

Mənə görə üstün görüş budur ki, bu əməl öz zamanındakı insanların əməl etdiyi adətə tabe olunması lazım olan işlərdəndir. Əgər saç saxlamaq və uzatmaq insanların adətindəndirsə, o zaman edə bilər və əgər insanların adətində saç qısaldılır və ya qırxılırsa, o zaman o da belə etməlidir.

Lakin bəla burasındadır ki, başlarının saçlarını çoxaldan bu insanlar saqqallarını çoxaltmırlar, halbuki bu işdə peyğəmbəri – salləllahu aleyhi va səlləm – özlərinə nümunə götürdüklərini iddia edirlər. Onlar bu sözlərində səmimi deyillər, həqiqətdə öz nəfsi istəklərinə tabe olurlar. Peyğəmbərə - salləllahu aleyhi va səlləm – tabe olmaqda səmimi olmadıqlarını göstərən dəlillərdən biri budur ki, onların dindəki vacib işlərdən birini tərk ediblər, məsələn saqqalı uzatmağı tərk ediblər. Onlar saqqalı uzatmırlar, halbuki saqqalı uzatmaqla əmr olunublar. Ya da ki, namazlarda və digər vaciblərdə səhlənkarlıq edirlər və bütün bunlar göstərir ki, onlar saçlarını uzatmaqla Allaha yaxınlaşmağı və peyğəmbərə - salləllahu aleyhi va səlləm – tabe olmağı qəsd etmirlər. Lakin bu sadəcə olaraq onların gözəl saydıqları bir adətdir və bunu etmək istədikləri üçün edirlər.

 

 

Mənbə:

"Məcmu Fətava va Rasəil Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin", 11/119

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?