Hamamda Allahın adı necə zikr olunar?

Mufti: Şeyx Muhamməd bin Saleh əl-Useymin

Sual:

İnsan hamamda olduqda necə Allahın adını çəkə bilər?

Cavab:

Əgər insan hamamda olarsa dili ilə deyil ürəyində “bismilləh” desin, çünki dəstəmazda və qüslda bismilləh deməyin vacib olması görüşü güclü deyildir, beləki İmam Əhməd – rahiməhullah – demişdir: “Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – dəstəmazda “bismilləh” demək haqqında heç bir rəvayət səhih deyildir.” Buna görə də “əl-Muğni” kitabının sahibi əl-Muvaffəq və başqaları dəstəmazda “bismilləh” deməyin vacib deyil sünnət olması görüşünü qəbul ediblər.[1]

Mənbə:

"Məcmu Fətava va Rasəil Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin", 11/110


[1] Lakin hənbəli məzhəbinin görüşü budur ki, dəstəmazda, qüslda və təyəmmümdə “bismilləh” söyləmək vacibdir. Bunun vacib olması isə o anlama gəlir ki, “bismilləh” deməyi unudanın dəstəmazı səhihdir. Lakin bunu qəsdən tərk edənin dəstəmazı isə batildir.

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?