Allahdan savayı kiminsə fayda verəcəyinə inanmaq

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual sahibi soruşur: Bir kimsənin – misal üçün – Allahın izni olmadan və ya Allah ilə birlikdə fayda və ya zərər verə biləcəyinə etiqad edən kəsin hökmü nədir? Bunu söyləməsə və ya bu mənaya gələn bir əməl etməsə belə bununla müşrik olurmu?

Cavab:

Şübhəsiz ki, Allahu Təalənin izni olmadan və ya Allah ilə birlikdə – yalnız Allahu Təalənin bacaracağı işlərdə - (kiminsə) fayda və ya zərər verə biləcəyinə inanan kəs kafir və müşrik sayılır; çünki fayda verən və zərər verən də yalnız Allahu Təalədir. Allahın fayda vermək istəmədiyi bir kimsəyə fayda vermək üçün göylərin və yerin sakinləri bir araya toplansalar ona heç bir fayda verməyə qadir olmazlar. Eynilə Allahın zərər vermək istəmədiyi bir kimsəyə zərər vermək üçün bir araya gəlsələr ona zərər verə bilməzlər.

Lakin mal, ad-san və ya səy ilə kömək göstərərək məxluqun başqasına fayda verə biləcəyi işlərə gəldikdə isə, bu, Allahu Təalənin istəyindən asılı bir faydadır. Belə bir şeyi qəbul etmək, fayda və zərər verənin yalnız Allahu Təalə olması inancını inkar etmir.

Lakin – misal üçün – Zeydin Allahın izni olmadan və ya Allah ilə birlikdə başqasına zərər və ya fayda vermək qüdrətinə sahib olduğuna etiqad edən kimsə haqqında soruşulan suala gəldikdə isə, bunu söyləməsə və ya bu mənadan bir əməl etməsə belə bunun kimi bir adam müşrik sayılırmı? Etiqadın imanın bir parçası olması heç kəsdən gizli deyildir. Kim bir şeyə etiqad edinsə artıq ona iman etmişdir və qəlbi onunla rahatlıq tapmışdır və yalnız Allahın bacara biləcəyi işlərdə Allahın izni olmadan və ya Allah ilə birlikdə bir məxluqun fayda və zərər verə biləcəyi (inancı) ilə qəlbində rahatlıq tapan kimsə artıq küfr etmiş və ya şirk etmişdir; bunu dili ilə söyləməyib söyləməməsi və ya onun tələbi ilə əməl edib etməməsi arasında fərq yoxdur. Doğrusunu Allah bilir! 

Mənbə:

“Fətava İbn Aqil”, 1/26-27; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?