Sosialist və kommunist prinsiplərin hakim olmasına çalışanların hökmü

Mufti: Şeyx Abdul-Aziz bin Abdilləh bin Baz

Sual:

Allaha həmd olsun! Allahın Elçisinə, ailəsinə və səhabələrinə xeyir-dua və salam olsun!

Bəzi pakistanlı qardaşlardan mənə bir sual gəlib və sualın qısa şəkli belədir:

“Sosialıst və kommunist prinsiplərinin hakim olmasına nail olmağa çalışanların, İslamın hökmünə qarşı vuruşanların hökmü nədir? Bu işlərində onlara kömək edənlərin, İslamın hökmünə nail olmağa çalışanları qınayanların, onları ələ salanların, onlara iftira atanların hökmü nədir? Müsəlmanların öz məscidlərində belə insanları imamlar və xütbə verənlər kimi götürməkləri caizdirmi?

Cavab:

Allaha həmd olsun! Allahın Elçisinə, ailəsinə , səhabələrinə və onun hidayəti ilə doğru yolan gələnlərə xeyir-dua və salam olsun! Şübhəsiz ki, bütün işlərində İslam şəriəti ilə hökm etmək və buna qarşı çıxan hər bir şeyə qarşı vuruşmaq müsəlmanların imamlarına və rəhbərlətinə vacibdir. Bu, İslam alimlərinin üzərində icma etdikləri bir məsələdir, Allaha həmd olsun ki, bu məsələdə heç bir ixtilaf yoxdur. Bunun Kitab və sünnətdəki dəlilləri çoxdur və elm əhlinə məlumdur. Bunlardan biri Allahu Təalənin bu sözləridir:

Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar.

(ən-Nisa, 65)

Allah – Azzə və Cəllə - yenə deyir:

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

(ən-Nisa, 59)

Allah Subhənəhu deyir:

Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır.

(əş-Şura, 10)

Allah Subhənəhu deyir:

Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!

(əl-Maidə, 50)

Allah Subhənəhu deyir:

Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir.

(əl-Maidə, 47)

Bu mənadakı ayələr çoxdur. Allahdan başqasının hökmünün Allahın hökmündən yaxşı olduğunu və ya Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – başqasının hidayətinin Allahın Elçisinin – salləllahu aleyhi va səlləm – hidayətindən daha yaxşı olduğunu iddia edən birinin kafir olmasında alimlər icma ediblər. Eynilə insanlardan hər hansı kimsənin Muhammədin – salləllahu aleyhi va səlləm – şəriətindən kənara çıxmasının və ya buşəriətdən başqasını hakim qılmağın caiz olduğunu iddia edən birinin zəlalətə düşmüş kafir olmasında da icma ediblər. İstər sual verən, istərsə başqası Quranın dəlilləri və elm əhlinin icması yönündə zikr etdiklərimizdən anlayır ki, sosializm və ya kommunizm və ya İslamın hökmünə zidd olan başqa destruktiv məzhəblərə[1] dəvət edənlər sapıq kafirlərdir və onların küfrləri yəhudi və nəsranilərin küfrlərindən də şiddətlidir, çünki onlar ateistdirlər, nə Allaha, nə də Axirət gününə iman gətirmirlər. Onlardan hər hansı bir kimsəni müsəlmanların məscidində xütbə verən və ya namazda imamlıq edən məqamına gətirmək caiz deyildir. Belə kimsələrin arxasında qılınan namaz səhih deyildir. Azğınlıqlarında onlara kömək edən, onların dəvətlərini gözəl qarşılayan, İslama dəvət edənləri qınayan və onları ələ salan hər bir kəs də sapıq kafirdir və onların hökmü arxasında süründükləri, qul kimi itaət etdikləri və məqsədlərində dəstək verdikləri ateist qrupların hökmülə eynidir. Beləki İslam alimlər icma ediblər ki, kafirlərə müsəlmanlara qarşı dəstək verən, onlara köməyin istənilən bir növü ilə kömək edən hər bir kəs onlar kimi kafirdir, necəki Allah Subhənəhu deyir:

Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!

(əl-Maidə, 51)

Allahu Təalə yenə buyurur:

Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.

(ət-Təvbə, 23)

Ümüdvarıq ki, qeyd etdiklərimiz haqqı axtaranlar üçün kifayət edəcək və bununla qane olacaqlar. Haqqı söyləyən və doğru yola yönəldən Allahdır. Nöqsanlardan pak olan Allahdan müsəlmanların halını islah etməsini, sözlərini haqq üzərində birləşdirməsini, İslamın düşmənlərini əzməsini, onların birliyini ayırmasını, sıralarını parçalamasını, müsəlmanları onların şərrindən qorumasını diləyirik. Şübhəsiz ki, O, hər şeyə qadirdir! Allah Öz qulu və elçisi, peyğəmbərimiz Muhammədə, onun ailəsinə və səhabələrinə xeyir-dua va salam versin!

Mənbə:

“Fətava va Tənbihət va Nəsaih”, səh: 133-136; Darul-Cil, Beyrut, birinci nəşr: 1411/1991

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 1/268-270; Darul-Qasim, ər-Riyad, birinci nəşr: 1420/1999 


[1] Bura həmçinin demoktariya və humanizm kimi tanınmış ideologiyalar da daxildir. Demək olar ki, demokratiya prinsipləri mahiyyət etibarı ilə küfrdə kommunizmdən də şiddətlidir, çünki kommunizm daha çox ateizm kimi küfrü ilə seçildiyi halda, demokratiya “sezara aid olanı sezara, Allaha aid olanı Allaha vermək” kimi münafiqlik prinsipi ilə seçilir. Demokratiya ibadət azadlığını təmin etmək iddiası ilə cahil müsəlmanları aldada bilir, lakin kommunizm fikirləri ən cahil müsəlmana belə aldatmaqda uğursuzluğa düçar olardı. Sovet dövründə ən cahil iman əhli belə kommunizmin küfrünü gözəl anlayırdı. Amma indiki zamanımızda məscidlərdə demokratiyadan dəm vuran “imamlar” və “xatiblər” görmək olar. Məhz bu səbəbdən demokratiyanı müsəlmanlar üçün daha təhlükəli görürük. Nəticə olaraq demək olar ki, demokratiyaya dəvət edən və ya demokratiyanı gözəl qarşılayan hər bir kimsənin arxasında namaz qılmaq caiz deyildir.

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?