Cəhalət üzrü

Mufti: Şeyx Abdulaziz ər-Racihi

Sual:

Cəhalət üzrü məsələsində izah istəyirik!

Cavab:

Alimlər - Allah onlara rəhm etsin! - cəhalət üzrü məsələsini izah ediblər. Bunu İbnul-Qayyim - rahiməhullah - "Tariqul-Hicrateyn" və "əl-Kəfiyyə əş-Şəfiyyə" kitabında təfsilatı ilə izah etmişdir. Bu məsələni Şeyx Abdullah Əba Buteyn kimi dəvət imamları da zikr ediblər. İbn Əbil-İzz bundan bəzi şeyləri "Şərhut-Tahaviyyə" kitabında zikr etmişdir. Məsələdə xülasə budur ki, cahil barəsində təfsil vardır. Soruşmaq və elmi əldə etmək imkanı olan cahil üzrlü deyil, öyrənməsi lazımdır, soruşub araşdırması lazımdır. Haqqı öyrənmək istəyən cahil haqqı öyrənmək istəməyən cahil kimi deyildir. Deməli cahil iki növdür:

Birinci: Haqqı öyrənmək istəyən cahil.

İkinci: Haqqı öyrənmək istəməyən cahil. Haqqı öyrənmək istəməyən, hətta elmi əldə etmək imkanı olmasa belə üzrlü deyil, çünki o, haqqı öyrənmək istəmir. Lakin haqqı öyrənmək istəyənə gəldikdə isə, belə biri əgər haqqı araşdırarsa lakin əldə edə bilməzsə üzrlü sayılır. Sözümüzün məğzi budur ki, soruşmaq imkanı olan cahil soruşmazsa, öyrənmək imkanı olan cahil öyrənməzsə, belə biri üzrlü deyil.

Lakin öyrənmək imkanı olmayan cahil isə iki növdür:

Öyrənmək istəməyən cahil və beləsi üzrlü deyil.

Haqqı öyrənmək istəyən cahil, belə biri əgər araşdırarsa lakin haqqı əldə edə bilməzsə üzrlü olar. Doğrusunu Allah bilir!

Mənbə:

http://www.shrajhi.com/?Cat=3&SID=51

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?