Savabı ölülərə və dirilərə hədiyyə etmək

Mufti: Şeyx Abdul-Aziz bin Abdilləh ər-Racihi

Sual:

Umrə etdim, umrəni bitirdikdən sonra və Məkkədən çıxdıqdan sonra təvaf etdim və bu təvafın əcrini dostlarımdan birinə hədiyyə etdim. Onun sağ olduğunu nəzərə alsaq, bu əməl caizdirmi? Əcri ölülərə və ya dirilərə hədiyyə etməyin hökmü nədir?

Cavab:

Doğru görüş budur ki, təvaf nə diriyə, nə də ölüyə hədiyyə edilməz. Eynilə namaz və oruc da bunun kimidir. Ölüyə və ya diriyə hədiyyə ediləcək şeylərin sayı yalnız dörddür: Həcc, umrə, sədəqə və dua. Haqqında dəlil gəlmiş əməllər bunlardır.

Elm əhlindən başqaları isə deyiblər ki, insanın istədiyi ibadəti hədiyyə etməsi caizdir. Qiyasa əsasən iki rükət namaz qılıb savabını ölüyə hədiyyə etməsi caizdir. Lakin onların əlində orucun savabını hədiyyə etməyə qiyas etməkdən başqa heç bir dəlil yoxdur. Doğru olan budur ki, orucun savabı yalnız fərz olan orucda və həmin fərz orucun ölünün boynunda qalması halında çatır, çünki əl-Buxari’də Aişənin hədisində gəlir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Kim ölərsə və boynunda oruc varsa, onun yerinə vəlisi tutsun!” Əgər bu oruc nəzər orucu, kəffarə orucu, Ramazanın qəzasıdırsa, bunda heç bir problem yoxdur. Amma nafilə oruclarına gəldikdə isə olmaz, çünki heç bir dəlil yoxdur. Dəlil yalnız dörd əməl haqqında sabit olub: Həcc, umrə, sədəqə və dua.

Duaya gəldikdə istər ölü, istərsə də diriyə bunu hədiyyə etməkdə bir problem yoxdur. Həcc və umrəyə gəldikdə isə yalnız aciz olan diri şəxsin yerinə edə bilər və peyğəmbərin – salləllahu aleyhi va səlləm – aciz olduğu üçün atasının yerinə oruc tutmasına icazə verdiyi qadının hekayəsi buna misaldır. Əgər özü üçün umrə edibsə, ölü üçün də umrə etməsində heç bir problem yoxdur. Lakin diri üçün olmaz.

Mənbə:

http://shrajhi.com/?Cat=1&Fatawa=748

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?