Qız uşağı nə vaxt oruc tutmalıdır?

Mufti: Abdullah bin Abdir-Rahmən bin Cibrin

Sual:

Qız uşağına oruc tutmaq nə zaman vacib olur?

Cavab:

Qız uşağı mükəlləf yaşına çatdıqda oruc tutmaq ona vacib olur və bu həddi-büluğa çatmaq on beş yaşın tamam olması ilə və ya övrət yerinin ətrafında cod tüklərin çıxması və ya bilinən məninin axması və ya heyz olmaq və ya hamilə olmaqla olur. Bu şeylərdən biri baş verərsə - qız hətta on yaşında olsa belə - oruc tutmaq vacib olur, çünki çox qadın olur ki, on yaşında və ya on bir yaşında heyz görür və qızın ailəsi səhlənkarlıq edir, elə zənn edir ki, qız hələ balacadır və ona oruc vacib deyildir. Bu isə bir xətadır, çünki qız uşağı heyz görərsə artıq qadınların dərəcəsinə qalmışdır və mükəlləfiyyət qələmi onun üzərində də keçərli olur. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətəva Ramədan fis-Siyəm val-Qiyəm val-İtikəf va Zəkətil-Fitr”, 1/238; Məktəbətu Ədvais-Sələf, Riyad, birinci nəşr: 1418/1998

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?