Doğulan ilk uşağın qız olması

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

Cavab:

Bəli, bu mənada hədis Vasilə bint əl-Əsqa vasitəsilə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gəlib: “Qadının bərəkətli olmasının əlaməti onun ilk uşağının qız olmasıdır”, çünki Allahu Təalə deyir: “Göylərin və yerin səltənəti Allaha aiddir. O, istədiyini yaradır, istədiyinə qız uşaqları, istədiyinə də oğlan uşaqları bəxş edir yaxud da həm oğlan, həm də qız verir, dilədiyini də sonsuz edir. Şübhəsiz ki, O, Biləndir, Qadirdir.”[1] Bunu İbn Mərdəveyh və İbn Asakir rəvayət edir. İmam Siddiq Həsən Xan bunu təfsirində zikr edib.

əl-Munəvi “Feydul-Qadir”də “qadının ilk uşağının qız olması onun bərəkətindəndir” hədisini şərh edərək deyir: “Yəni ki, qadının ərinə olan bərəkətidir, necə ki, bu sözlər açıq şəkildə “ilk uşağının qız olması” rəvayətində gəlir və tamamı əl-Xatib[2] və əd-Deyləmi’də bu şəkildədir: Məgər Allah Təalənin bu sözlərini eşitməmisən? “istədiyinə qız uşaqları, istədiyinə də oğlan uşaqları bəxş edir” və qız uşaqlarının adını birinci qeyd edir.”[3] Bunu İbn Asakir və əd-Deyləmi rəvayət edir və hər ikisi də Vasilə bint Əsqa’dan rəvayət edirlər. əd-Deyləmi bunu həm də mərfu olaraq Aişədən bu sözlərlə rəvayət edir: “Qadının ərinə olan bərəkəti mehri yüngül etməsi və ilk uşağının qız uşaqları olmasıdır.” əs-Səxavi dedi: “Bunların hər ikisi də zəifdir.” Hətta İbnul-Cəvzi bunu “əl-Məuduat”da (uydurulmuş rəvayətlər) rəvayət etmiş və “uydurmadır” demişdir.”[4] Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 2/570-571; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] əş-Şura, 49-50

[2] əl-Xatib “Tarix Bağdad”da (14/418) rəvayət edir.

[3] Bunu İbn Asakir (13/794), əs-Suyuti’nin “əl-Ləəli”də (2/176) dediyi kimi İbn Mərdəveyh “ət-Təfsir”də və İbnul-Cəvzi “əl-Məuduat”da (2/276) Muslim bin İbrahim vasitəsilə Həkim bin Hizəm’dən, o əl-Alə bin Kəsir’dən, o da Məkhul’dan, o isə Vasilə’dən rəvayət edir. Yenə “əl-Ləəli”də deyildiyi kimi bunu Əbuş-Şeyx, Süleyman bin Məsləmə’dən, o da Yusuf bin Atiyyə’dən, o isə Əbi Mə’amər Abbad bin Abdis-Saməd’dən, o isə Aişə’dən rəvayət edir. İbnul-Cəvzi bunun uydurma olduğuna qərar verib.

[4] “Feydul-Qadir” (6/11); həmçinin bax: “əl-Məqasid əl-Həsənə”, (429); “əl-Məuduat” (2/276)

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?