Xitən qadınlar üçün müstəhəbdir

Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

Sual:

(Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr edirlər ki, xitən[2] qadına da vacibdir. Bu əsaslıdır ya yox?

Cavab:

Bu barədə Əhməddən iki rəvayət mövcuddur:

Bu, ikisindən biridir.[3] Bunun üçün elə əsərləri dəlil gətiriblər ki, onlar (bu əməlin) müstəhəbliyindən başqa bir şeyə dəlalət etmir. Buna görə də səhih görüş bunun qadınlara münasibətdə müstəhəb olması, kişilərə münasibətdə isə vacib olmasıdır. İkisi arasındakı fərq aşkardır, çünki kişilərə gəldikdə kamil təmizlik ondan asılıdır, təharətin bariz olması üçün cinsi orqasının ucundakı dərinin aradan qaldırılmasından asılıdır. Qadınlar bu baxımdan fərqlidir, onlara nisbətdə məqsəd İbrahim peyğəmbəri nümumə götürməklə bərabər şəhvətin düzəldilməsidir.

Mənbə:

“əl-Əcvibə əs-Sə’diyyə anil-Məsəilil-Qasimiyyə”, səh: 19-20; Darul-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1426/2005 


[1] Şeyx Abdur-Rahmən bin Muhamməd bin Ali əl-Məquşi (1333-1405) əl-Qasim bölgəsinin əl-Bukeyriyyə hissəsində doğulmuş və orada böyümüşdür. Ölkəsinin alimlərindən elm alıb və bir neçə səfərində Şeyx Abdur-Rahmən əs-Si’di’dən də dərs almışdır. Şeyx əl-Bəssam zikr edir ki, o, Şeyx əs-Si’di ilə çox yüksək elmi müzakirələr edərdi və məhz onun elmi təhsili Bureydə qazisi Abdullah bin Humeydi onu paytaxt Riyadda qazilik vəzifəsinə təqdim etməyə sövq etdi. 1368-ci ildə Riyadda ali məkhəmədə qazi təyin olundu.

[2] El arasında buna sünnət etmək deyirlər.

[3] Bu, məzhəbin məşhur görüşüdür, yəni xitənin həm kişilərə, həm də qadınlara vacib olması hənbəli məzhəbinin məşhur görüşüdür.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?