Hamilənin heyz görməsi mümkündürmü?

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Bir qadın hamilə bir qadından gələn qanın heyz olub olmaması barədə soruşur. Ondan qan gəldiyi müddətdə oruc tutmamalıdır yoxsa oruc tutmalıdır? Çünki o, bir elm tələbəsindən soruşub və ona oruc tutmasını deyib. Bir başqası isə oruc tutmamasını deyib.

Cavab:

Əgər qadın hamilə olduqda qan gəlmə adəti yoxdursa bu, heyz deyildir və ibadətlərdən uzaq durmamalıdır. O qan istihazə hökmündədir, beləliklə namaz qılmalı və oruc tutmalıdır. (Övrət) yerinin təmiz olmasına çalışmalı və lazım olan təmizlik tədbirlərini görməlidir. Hər namaz üçün dəstəmaz almalıdır və namazın vaxtı girmədən aldığı dəstəmaz səhih deyildir.

Əgər hamilə qadının hər hamilə olanda qan gəlmə adəti varsa, təkrarlanırsa və hər ay heyz vaxtında gəlir və təmiz olduğu vaxtda kəsilirsə, bu barədə alimlər ixtilaf ediblər. Bununla belə bu hal çox nadir hallarda baş verir. Məzhəbin məşhur görüşünə görə o qan heyz deyildir, çünki hamilə heyz görə bilməz.

İkinci görüş budur ki, əgər heyzin əlamətlərinə uyğundursa heyzdir və heyz olmuş qadın kimi ibadətlərdən çəkinməlidir. Dəlilə əsasən üstün görüş budur; bunu Şeyx Abdullah bin Şeyx Muhamməd bin Abdil-Vahhəb – rahiməhullah – deyib. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/172; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?