Hamilə qadından gələn qanın hökmü

Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

Sual:

Əgər hamilə qadın ramazanda qan gəldiyini görərsə, lakin oruc tutarsa hökmü nədir?

Cavab:

Bu, hamilə qadından gələn qanın fəsad qanı olmasına əsaslanır ki, bu da məzhəbin məşhur görüşüdür[1]. Bu görüşə əsasən orucunu pozmamalı, əksinə ona oruc tutmaq və namaz qılmaq vacibdir. Ya da həmin qan heyzdir ki, bu da İmam Əhməddən gələn ikinci rəvayətdir və səhih olan bu rəvayətdir. Beləliklə (həmin qan) heyz sayılır. Heyzə görə namazı və orucu tərk etməlidir, əgər oruc tutubsa qəzasını tutmalıdır. Seçdiyimiz görüş budur. Doğrusunu Allah bilir!

Mənbə:

“əl-Fətəva əs-Sə’diyyə”, səh: 228; Məktəbətul-Məarif, Riyad, ikinci nəşr, 1402/1982 


[1] İmam Əhmədin məzhəbinə görə hamilə qadın heyz olmur və ondan gələn qan fəsad qanıdır. İbn Qudamə - rahiməhullah – “əl-Muğni” kitabında deyir: “Əbu Abdilləhin – rahiməhullah – məzhəbi budur ki, hamilə qadın heyz görməz. Gördüyü qan isə fəsad qanıdır və bu, tabii alimlərinin əksərinin görüşüdür; onlardan (və bu görüşdə olan alimlərdən bəziləri bunlardır): Səid bin əl-Museyyəb, Ata, əl-Həsən, Cabir bin Zeyd, İkrimə, Muhamməd bin əl-Munkədir, əş-Şabi, Məkhul, Həmməd, əs-Səvri, əl-Əvzai, Əbu Hənifə, İbnul-Munzir, Əbu Ubeyd, Əbu Səvr.” (“əl-Muğni”, 1/443-444; Dar Aləmil-Kutub, Riyad, üçüncü nəşr: 1417/1997

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?