Manikür boyalarından istifadə

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Qadınlardan biri dırnaqları rəngləmək üçün manikür boyalarından istifadə etməyin hökmü barədə soruşur; bu halda onun dəstəmazının hökmü nədir?

Cavab:

Əgər manikür adlanan bu boyalar dırnaqların üstünü örtəcək qalın təbəqəyə malikdirsə, dəstəmazda və qüslda suyun (dırnağın) səthinə çatmasına mane olursa, namaz qılan qadına belə şeyi dırnaqlara qoymaq halal deyildir, çünki bu, suyun qabığa çatmaması baxımından namazının pozulmasına səbəb olur. Əgər bunu edibsə vacib olan dəstəmaz və qüsl zamanı suyun dırnağın qabığına çatması üçün (boyaları) təmizləməsi vacibdir, əgər onları təmizləməzsə və bu boyalar dırnağın üstündə qalın təbəqə təşkil etdiyi halda dəstəmaz və qüsl alarsa, namazı səhih olmaz, çünki namazın şərtlərindən biri dəstəmazın tam olmasıdır və dəstəmazın şərtlərindən biri dəriyə suyun çatmasına mane olan şeyləri aradan qaldırmaqdır.

Namazın batil olmasına götürən hər bir şey şəriətə görə haramdır. Təharətin və namazın pozulmasına səbəb olmaqdan başqa bu növ boyalar istənilən halda məkruhdur. Buna görə də fəqihlər deyiblər: Qadına nəqş, təktib və təqmi’ məkruhdur və bu, barmaqların ucunda olan şeylərdir və buna ət-tətrif[1] də deyirlər. Bunu əl-Mərruzi Ömərdən rəvayət edib. Əksinə əlini hənaya tam şəkildə batıra bilər. İmam Əhməd bunu açıq şəkildə ifadə edib. “əl-İfsah” kitabında deyir: “Alimlər qadının bir yerini qara boya ilə rəngləməsini məkruh sayıblar, lakin həna ilə qırmızı rəngə boyaya bilər. Həmçinin nəqş etməyi məkruh görüblər. Əhməd dedi: “Qoy əlini (hənaya) batırsın!”

Burada öyrənirik ki, qadınların davamlı manikürdən istifadə etməkləri münkər əməllərdən biridir, çünki o, qadınların təharətlərini və namazlarını pozur, üstəlik bu boyalar (dəridəki) məsamələri örtür və sağlamlığa təsir edir, beləliklə öz canına qayğı göstərən qadına bundan uzaqlaşmaq vacib olur. Qadının vəlisinə ona belə şeyləri qadağan etmək və əgər edərsə danlamaq lazımdır, çünki Allahu Təalə deyir: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun!” Allahul-Mustəan!

Mənbə:

“Fətava İbn Aqil”, 1/102-103; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] Bütün bu adlar əlləri həna və ya həna ilə başqa maddələri qarışdırmaqla əldə edilən boyalarla bəzəməyə verilmiş müxtəlif adlardır. Nəqş xüsusilə əlləri boya ilə bəzəməyə verilən addır. Təqmi’ isə dırnaqları, barmaqların uclarını bəzəməkdir.

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?