Atanın bakirə qızını evlənməyə məcbur etməsi

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən soruşur: Atam və böyük qardaşım bacımı – və o, yaşda kiçikdir – yaşlı bir kişiyə ərə veriblər, lakin o, həmin kişiyə ərə getmək istəmir. Bu evliliyin hökmü nədir?

Cavab:

Görürəm ki, - Allah sənə hidayət etsin! – atana və qardaşına qarşı qəzəblənirsən, halbuki, onlara hörmət etmək, onlarla gözəl münasibətdə olmaq və xeyirxahlıq etmək sənə vacibdir. Sənə onlara qarşı şəfqətli və ədəbli olmağın lazımdır və onların sənin üzərində haqları vardır ki, onlara riayət etmək sənə vacibdir.

Lakin evliliyə gəldikdə isə məzhəbin məşhur görüşü budur ki, atanın şəfqəti, uzaqgörənliyi və qızının məsləhəti üçün çalışmasını nəzərə alaraq o, öz bakirə qızını – istər yaşı kiçik olsun, istərsə də böyük – (evliliyə) məcbur edə bilər.

Məzhəbdəki digər görüş isə budur ki, qızın razılığı mütləq olmalıdır və bu barədə gəlmiş dəlillərə əsasən inşallah doğru görüş budur. Lakin əgər sizin məsələniz qarşıdurmaya gətirib çıxararsa və işiniz qaziyə əzr olunarsa dönüş nöqtəsi qazinin verdiyi qərardır, çünki hakimin hökmü münaqişəni aradan qaldırır. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 2/75; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?