Üç dəfə boşamaq

Mufti: Şeyx Muhamməd bin İbrahim Aluş-Şeyx

Sual:

Şeyx Muhamməd bin İbrahim’dən – rahiməhullah – hicri 1388-ci ildə Şeyx Abdul-Aziz bin Baz’ın – rahiməhullah – üç dəfə boşamanın bir boşama olması haqqında verdiyi fətva haqqında soruşuldu.

Cavab:

Allaha həmd olsun! Sizdən gizli deyildir ki, Şeyx Muhamməd bin Abdil-Vahhab’dan – rahiməhullah – bizim bu zamanımıza qədər dəvət imamlarına - rəhiməhumallah - görə kim zövcəsini üç dəfə boşayarsa zövcəsi ondan tamamilə boşanmış olur və başqa kişiyə ərə getmədən əvvəl ona halal deyildir. Bunda bir sözlə boşaması ilə çox sözlə boşaması arasında, bir məclisdə baş verməsi ilə bir neçə məclisdə baş verməsi arasında bir fərq yoxdur. Dörd məzhəb alimlərinin və digər alimlərin böyük əksəriyyətinin[1] görüşü budur və bu, raşidi xəlifə Ömər bin əl-Xattab’ın – radiyallahu anhu – və digər səhabələrin görüşüdür. Bu görüşü tərk etmək olmaz.

 Mənbə:

“Fətava va Rasəil Səməhətiş-Şeyx Muhamməd bin İbrahim”, 11/25-26


[1] Yalnız çox kiçik sayda alim bu görüşdən ayrılmışdır.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?