Qəzəb halında üç dəfə boşamaq

Mufti: Şeyx Muhamməd bin İbrahim Aluş-Şeyx

Sual:

Öz zövcəsini bir məclisdə qəzəbli halda üç dəfə boşamış və üstündən üç il keçdikdən sonra onu geri qaytarmaq istəyən biri haqqında nə deyirsiz? Onun üç dəfə boşaması yalnız bir dəfə qəbul edilməli və yeni evlilik əqdi bağlanmalıdır yoxsa qadın başqa kişiyə ərə getmədən ona halal olmur?

Cavab:

Allaha həmd olsun! Üzərində fətvanın verildiyi görüş budur ki bir söz ilə üç dəfə boşamaq[1] ilə bir-birinin ardınca üç söz ilə üç dəfə boşamaq[2] arasında bir fərq yoxdur, hər iki təqdirdə sonuncu boşanma baş verir. Həmin qadın başqa kişiyə ərə gedib həmin kişi ilə cima etmədən, sonra ondan ayrılıb iddət gözləmədən əvvəl onu boşamış kişiyə halal deyildir.

Qəzəbə gəldikdə isə üç növdür:

Birinci: Normal bir qəzəb; bu növ qəzəb boşanmanın baş verməsinə mane olmur və bunda heç bir ixtilaf yoxdur.

İkinci: İnsanın nə dediyini anlamayacaq şəkildə şüurunu itirən şiddətli qəzəb; bu növdə boşanma baş vermir və bunda heç bir ixtilaf yoxdur.

Üçüncü: Bu ikisi arasında olan bir qəzəb və elm əhlinin haqqında ixtilaf etdikləri qəzəb növü budur və hal-hazırda bizə görə əsasında fətvanın verildiyi görüş budur ki, bu halda da boşanma baş verir.

 Mənbə:

“Fətava va Rasəil Səməhətiş-Şeyx Muhamməd bin İbrahim”, 11/19


[1] Yəni “Mən səni üç dəfə boşayıram” demək.

[2] Yəni “Mən səni boşayıram! Mən səni boşayıram! Mən səni boşayıram!” demək.

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 16 Sep , 2013 / Qadınlarla bağlı

    Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

    Sual: (Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Zikr ediblər ki, əgər ona (yəni qadına) şəhvət ilə toxunarsa və ya övrətinə baxarsa və ya insanların hüzurunda öpərsə mehri vermək boynunda qərar tapır. Bu əsaslıdır ya yox?