Unutma ki, nəvaziş nəsihətin bəzəyidir!

Ənəs bin Məlik - radiyallahu anhu - deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Elə bir şey yoxdur ki, mülayimlik, nəvaziş ona qarışdıqda onu gözəlləşdirməsin və elə bir şey yoxdur ki, ondan nəvazişi alıb götürdükdə onu çirkinləşdirməsin!" "Müsnəd Əhməd", 3/241

Yeni Müsəlman

  • 04 Apr , 2020

     

    Abdurrahman Əbul-Fərəc əl-Cevzi Hənbəli, “Minhəcul-Qasidin və Mufidis-Sadiqin”

    “Həlak Edən Əməllər” Bölümü

     

     

     

            Qəlb bir hökmdara bənzəyir və onun iki ordusu vardır. Biri zahiri gözlə görülən, digəri isə bəsirət gözüylə görülən ordudur. Gözlə görülən ordu, insanın xarici (zahiri) və daxilidəki üzv və orqanlardır. Bu orqanlar insana xidmət etmək üzçün yaradılıb və ona qarşı gəlməyi bacarmazlar. İnsan gözünə açılmasını əmr etdiyi zaman açılar, ayağına hərəkət etməsini əmr etdiyi zaman ayağı hərəkət edər, həmçinin digər üzvlər də bu şəkildə insanin əmrinə verilmiş və ona boyun əymişlər. Lakin bu hal, onların bir əmrə uymaqları kimi təsvir edilməz.

            Qəlbin bu orduya ehtiyac duymasının səbəbi, yaradılış qayəsi olan səfər üçün miniyə və azuqəyə möhtac olmasıdır. Haqqında danışılan səfər, Uca Allaha doğru edilən yoldur və Rəbbinə qovuşana qədər müxtəlif məkanları keçməsi lazımdır. Qəlbin miniyi bədəndir, azuqəsi elmdir, ilk mənzili dünya və ən son dayanacağı axirətdir. Qəlb, miniyi olan bədəninə baxmağa və onu qorumağa ehtiyac duyar. Onu qorumaq ona münasib qida və başqa ehtiyaclarını təmin etməklə və ona uyğun olmayan, ölməsinə səbəb olacak şeylərdən uzaq tutmaqla olur. Qəlb, bədənin qida ehtiyacını əldə etmək üçün iki orduya möhtacdır. Bunlardan biri batini ordu - şəhvət (yəni istək), digəri isə zahiri ordu - qidanı əldə etməyə yarayan əl və digər bədən üzvləridir. Ehtiyac duyulan bütün istəklər qəlbin içərisində, şəhvətin alətləri olan üzüvlər isə bədəndə yaradılmışdır.

            Qəlb, həlak edən və öldürən şeyləri də özündən uzaq tutmaq üçün də iki orduya möhtacdır. Bunlardan biri batini ordu - olan qəzəbdir. Bədəni həlakə aparan şeylər onun sayəsində dəf edilir və düşmənlərdən intiqam alınır. Digəri isə zahiri ordu - əl və ayaqlar kimi qəzəblə əlaqəli olan hərəkətləri edən üzvlərdir. Bu xüsus, bədənin xaricində olan silah və başqa şeylərlə də tamamlanır.

             Sonra, qidaya ehtiyacı olan şey qidanı tanımazsa yemək istəyinin və alətinin ona bir faydası olmaz. Tanimaq üçün də iki orduya ehtiyacı var. Bu ordulardan biri görmə, eşitmə, toxunma, dad və qoxu bilmə kimi duyğu vasitələrindən ibrət olan batini ordu, digər isə göz, qulaq, burun və başqa orqanlardan ibarət olan zahiri ordudur.

            Bunlara niyə ehtiyac olduğunu və hikmətlərini açıqlamaq çox uzun çəkər. Şükür bölümündə bu xususların bir qisminə toxunacıyıq.

    Qəlbin əsgərləri aşağıda verilmiş üç qrupda toplanmışdır:

    • Birinci - Şəhvət kimi münasib və faydalı olanı əldə etməyə, ya da qəzəb kimi zərərli və münasib olmayanı def etməyə yarayan vəsflər. Bəzən buna "iradə" də deyilir.

    • İkinci - Haqqinda danışılan hədəfləri əldə etmək üçün üzvləri hərəkət etdirən gücdür ki, buna da "qüdrət" deyilir. Bu əsgərlər bütün bədən üzüvlərinə, xüsusən əzələlərə və o cümlədən də vətərlərə yayılmışdır.

    • Üçüncü - Cəsuslar kimi, əşyanı idrak edib tanıyan əsgərlərdir. Bu əsgərlər görmə, eşitmə, dad və qoxu bilmə və s. duyğu orqanlarıdır. Bunlar da bədənin müəyyən orqanlarına yayılmışdır, “elm” və “idrak” adlanir.

             Qeyd etdiyimiz bu batini ordular ilə yanaşı zahiri ordular da vardır. Sözü gedən bu zahiri ordular ət, piy, əzələ, qan və sümükdən ibarət olan bədən üzvləridir ki, bu orduların icra edici vasitələri olaraq yaradılmışlar. Çünki tutmaq qüvvəti ancaq barmaqların sayəsində baş verir, görmə bacarığı da yalnız göz vasitəsi ilə varlıqları idrak edərək olur. Həmçinin digər bacarıqlar da belədir.

              Biz burada üzvlərdən ibarət olan zahiri ordulardan danışmayacığıq, çünki bunlar məlum olan şeylərdir. Biz gözlə görmədiyimiz ordulardan bəhs edəciyik. Bunlardan, idrak qabiliyətinə malik olanlar iki qismə ayrılır. Birincisi zahirdə yerləşən eşitmə, görmə, qoxu bilmə, dad bilmə və toxunma hisslərindən ibarət olan beş duyğu üzvüdür. İkincisi isə daxildə yerləşib beynin boşluqları adlanan yerdə məskunlaşan əsgərlərdir. Bunların sayları da beşdir. Həqiqətən insan bir şeyi gördükdən sonra gözlərini yumaraq öz-özlüyündə həmin şeyin sürətini idrak edər, buna “xəyal” deyilir. Sonra insan gördüyü sürəti bir şey səbəbiylə yaddaşında hifz edər. Bu hifz edici əsgərdir. Sonra insan yadda saxladığı şey haqqında təfəkkür edər və düşüncələrinə əlavələr edərək onu təkmilləşdirər. Sonra unutduğu şeyi xatırlayıb unutduğu şeyə qayıdar. Sonra duyğu orqanları vasitəsi ilə əldə etdiyi şeylərin bütün mənalarınını, onlar arasında müştərək olan duyğu üzvləri vasitəsi ilə bir araya gətirib toplayır. Batində isə müştərək hiss, təxəyyül, təfəkkür, hifz etmə və zikr kimi qüvvələr vardır. Allah ﷻ hifz, fikr, zikr və təxəyyül kimi bacarıqları yaratmasaydı insan bədənində əl və ayaqlar olmazdı, həmçinin beyində də heç bir şey olmazdı. Bu sadaladığımız qüvvətlər batini əsgərlərdir və yerleri batindir.

             Zikr olunanlar qəlbin əsgərləridir. Bu əsgərlərdən qüvvətli alimlər istifadə edərlər. Fəhmi zəif olanların bunu idrak edəcəyi şəkildə mövzunu açığlamaq qəliz məsələdir. Lakin biz burada nümunələr verərək fəhmi zəif olanların da mövzunu anlamaları üçün çalışacağıq.

     

    Tərcümə: Ummu Hiram

     

  • 22 Mar , 2020

     

    Abdurrahman Əbul-Fərəc əl-Cevzi Hənbəli, “Minhəcul-Qasidin və Mufidis-Sadiqin”

    QƏLBİN QƏRİBƏ HALLARININ ŞƏRHİ

    Bu bölüm, “Həlak Edən Əməllər” babının ilk bölümüdür.

            Çəyirdəyi və toxumu yaran, meyvəni və otu yaradan, hərəkət edən və yeriyən hər şeyə ruzi verən, öz vəli qullarını himayə edib qoruyan, yaratdığı və böyütdüyü hər şeyə qarşı yumşaq davranan Allaha həmd olsun. Böyüdülüb yetişdirilənə baxan şəxs böyüdüb yetişdirən Rəbbi tanıyar. O, qəlbləri çevirir və dilədiyini edir. Toplanmış və sabit olan şeyi dağıdır. Nəfslərə xəstəlik verir və istədiyi zaman onları müalicə edir. İstədiyini yatızdırır və dilədiyi vaxt oyandırır. Onun təqdir etdiyi şeylər cərəyan edər və Həmzəni (Allah ondan razı olsun) öldürüb, dini təhqir etmiş olan Vəhşi müsəlman olur. Əbu Ləhəbin əlləri qurusun deyər və əlləri quruyar. Verərək ihsan edən və istədiyi zaman verdiyini almağa hökm edən Allahı təsbih edirəm. Şüphəsiz ki, bunda qəlbi olan kimsələr üçün öyüd-nəsihət vardır.

             Küləklər əsdikcə Rəbbimə həmd edirəm. Miniyi olan şəxs və piyada olan hərəkət etdikcə Onun elçisi Məhəmmədə, göyərçinlər ağaclarda səs saldığca Allah Rəsulunun əshabına və ona tabe olanlara davamlı olaraq və qocaldığı zaman yenidən gəncləşəcək şəkildə çoxlu salat və salam edirəm.

             Bilin ki, (Allah ﷻ sizləri müvəffəq etsin) insanın ən dəyərli varlığı qəlbdir. Allahı tanıyan, Onun üçün çalışan, Ona yönələn, Ona yaxınlaşan və onun qatındakilari kəşf edən qəlbdir, digər bədən üzvləri və orqanları qəlbin işçiləri və xidmətçiləridir. Qəlb onları, kralların kölələrini və çobanın qoyunlarını idarə etdiyi kimi istifadə edir. Bədən üzvlərinə ibadətlərdən yayılan qalbin nurlarıdır, orqanlara siraət edən çirkin əməllər isə qəlbə təsir edir. Bəzən qəlb, edilən xətalardan dolayı qaranlıq olur, bəzən isə təqva ilə nurlanır. Qəlbini tanıyan Rəbbini tanıyar. İnsanların çoxu qəlblərini və nəfslərini tanımazlar. Allah, insan ilə onun qəlbinin arasına girər. “Onun insan ilə qəlbinin arasına girməsi” deyərkən qəsd olunan Allahın qulun özünü tanımasına, müşahidə və muraqəbə etməsinə mane olması deməkdir. Qəlbi və onun vəsflərini tanımaq dinin əsli və zahidlərin yolunun əsasıdır.

              Bu kitabın ilk iki babında bədən üzvləri ilə edilən ibadət və adətləri (ədəb qaydalarını) qeyd etmişik. Digər iki babda isə qəlblərin insanı həlak edən və xilas edən sifətlərini açıqlayacağımızı söz vermişdik. Bunlara keçmədən əvvəl iki bölüm zikr edəcəyik. Birinci bölümdə qəlbin vəsf və xüsusiyyətlərini, ikinci bölümdə qəlbin necə islah edilməsi və əxlaqın necə gözəl hala gətirilməsini izah etdikdən sonra Allah izniylə insanı həlak edən və xilas edən şeyləri təfsilatlı şəkildə qeyd edəcəyik.

     

    NƏFS, RUH, QƏLB, AĞIL NƏ DEMƏKDİR VƏ BU KƏLMƏLƏRİN MƏNASI NƏDİR?

    “Qəlb” kəliməsi iki mənada istifadə olunur. Birinci məna - şam qozası şəklində olub sinənin sol tərəfində yerləşir. Bu ət parçasının içində boşluq vardır, mövcud olan boşluqda isə qara rəngdə qan olur, bir ət parçası olan bu orqan ruhun qaynağıdır. Bu qəlb heyvanlarda, hətta ölüdə belə var. Bizim burada məqsədimiz qəlbin formasından bəhs etmək deyil. İkinci mənaya gəlincə, qəlb rəbbani və ruhani (mənəvi) bir incəlik olub, yuxarıda qeyd etdiymiz cismani qəlblə bir əlaqəsi vardır. Bu incəlik insanın həqiqətidir, insanın idrak edən, bilən və taniyan bir parçasıdır. Allahın əmrinə muxatab olan, məs’ul tutulan və qınanılan odur. Bu kitabımızda bizim “qəlb” deyərək işarət etdiyimiz şey mənəvi qəlbdir. Muamilə elmi qəlbin həqiqətini izah etməyə deyil, onun vəsflərini və hallarını bilməyə əsaslanır.

    “Ruh" kəlməsi də mərqsədimizə bağlı olaraq iki mənada istifadə olunur. Birincisi - ruh lətif bir cisimdir, onun qaynağı cismani qəlbin boşluğudur və bütün insan vücuduna arteriya damarları vasitəsiylə yayılır. Ruhun bədəndə dolaşması hiss etmə, eşitmə, görmə və qoxu bilmə kimi duyğu orqanlarından bədənin digər üzvlərinə yayılması bir evin küncündə qoyulan lampadan yayılan ışığa bənzəyər. Evin küncündə qoyulan lampanın işığı evin hangi nöqtəsınə çatarsa oranı işıqlandırar. Hayat, divarlarda meydana gələn işığa, ruh da lampaya bənzəyər. Ruhun batindəki yayılışı və hərəkəti lampanın evin hər yanına aparılmasına bənzəyir. Həkimlər “ruh” dedikləri zaman bu mənani nəzərdə tuturlar. Haqqında bəhs edilən ruh, qəlbin hərarəti nəticəsində əmələ gələn lətif bir buxardır. Bizim buradaki qayəmiz bu mənaya gələn ruhu izah etmək deyil, çünki burada qəsd edilən ruh - qəlbləri müalicə edən həkimlərin müalicə etdiyi ruh deyil. Vücudu müalicə edən həkimlərin məşğul olduğu ruhdur. İkinci mənasına gəlincə isə, ruh insandaki bilən və idrak edən lətif bir şeydir, həmçinin qəlbə verilən iki tərifdən birində də izah etdiyimiz məna budur. Allah İsra surəsi 85-ci ayəsində də qəsd etdiyi bu ruhdur: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. Ruh, heyrətləndirən rəbbani bir əmirdir, ruhun həqiqətinin mahiyyətini dərk etməkdə ağıllı və zəkalı insanların çoxu aciz qalmışdır.

    “Nəfs" kəlməsi də bir çox mənaya gəlir. Bizim buradaki qəsdimizə görə iki mənaya gəldiyini deyə bilirik. Birincisi məna: Nəfs-insanın qəzəb və istək qüvvəsini özündə cəm etməsi. Nəfslə mübarizə xüsusunda işarə edilən şey budur. Allah Rəsulunun bu hədisi də elə bu mənada varid olmuşdur: “Həqiqi mücahid, Allah üçün nəfsiylə cihad (mübarizə) edəndir”, “Güclü, güləşdə rəqibinin kürəyini yerə vuran deyildir. Həqiqi güclü qəzəb anında nəfsinə hakim olan şəxsdir”. İkinci mənası isə, yuxarıda zikr etdiyimiz və insanın həqiqəti olan lətif bir varlığdır. Nəfs insanın özüdür. Nəfs, hallarinin növlərinə görə müxtəlif vəsflərlə təsvir edilir. Əminlikdə sükunət tapdıqda, müxtəlif istəklərin əhatə etməsindən qaynaqlanan iztirab ortadan qalxdıqda "hüzura qovuşmuş nəfs” adlanır. Sükunətə hələ çatmamış, nəfsin istəklərinə mane olmağa və onlara etiraz etməyə başlamışsa “qinayan nəfs” adlanır. Əgər nəfsin istəklərinə və şeytanın çağrışlarına boyun əyibsə “pisliyi əmr edən nəfs” adlanır. Belə demək də caizdir: birinci mənadakı nəfs, yuxarıda izah etdiyimiz xüsusiyyətlərə görə zəmm edilmişdir yəni qinanmışdır, ikinci mənadakı nəfs isə insanın həqiqəti olmasına görə mədh edilmişdir yəni təriflənmişdir.

    Ağıl kəlməsinə gəlincə isə, “Elm” bölümündə bu haqqda bəhs etmişdik. Bəzən “ağıl” deyildikdə insanı meydana gətirən lətif bir varlıq da qəsd edilir. Mutəqaddimlərin sözlərində “qəlbin xətri, nəfsin, ruhun və ağlın xətri” kimi ibarələr istifadə edildiyi üçün bu kəlmələri izah etməyə ehtiyac hiss etdik.

     

    Tərcümə: Ummu Hiram

     
  • 11 Nov , 2016

    Əhməd bin Hənbəl ibn İshaqdan o da Kəb bin Malikdən (radiyallahu ənh) Əqabə  hadisəsi haqqında belə dediyini rəvayət edib: …O gecə qövmümüzlə birlikdə miniklərimizin üstündə yatdıq. Gecənin üçdə biri keçəndən sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) ilə görüşmək üçün miniklərimizdən ayrıldıq. Gizli səssiz bir şəkildə bir-bir iki-iki gedirdik. Əqabadaki bir vadidə toplandıq. Biz yetmiş iki kişi idik. Hamımız toplandıqdan sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) gəldi. Yanında Rasulullah (səllallahu əleyhi və səlləm)in əmisi Abbas bin Abdulmuttalib var idi. O, hələ o vaxt öz qövmünün dinində idi. İlk olaraq Abbas bin Abdulmuttalib danışdı:

  • 09 Nov , 2013

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

Fətvalar

  • 02 Jun , 2017

    Mufti: Şeyx Muhəmməd bin Süleyman əl-Cərrah əl-Hənbəli

    Sualİmsak və iftar vaxtları baxımından radioda və ruznamələrdə verilən vaxtlara əsaslanaraq insanlar oruc tuta və onlara əsasən oruclarını aça bilərlərmi?

  • 14 Apr , 2017

    Mufti: Əhməd bin Muhəmməd bin Hənbəl

    Sual: Qadının öz malından istədiyi kimi sədəqə verməsinə ərinin mane olmağa haqqı varmı?

     

  • 02 Nov , 2016

    Mufti: Şeyxul-İslam İbn Teymiyyə 

    Sual:

    Kişi həyat yoldaşına namaz qılmağı əmr edir və (qılması üçün) vurur, buna baxmayaraq (qadın) qılmır. Mehr və başqa səbəblərə görə də qadını boşaya bilmir.

  • 01 Nov , 2016

    Mufti: Şeyxul-İslam İbn Teymiyyə

     

    Sual:

    (Diri ikən) namaz qılmayan bir ölü üzərində cənazə qılmaq barəsində soruşuldu; bunda kiməsə əcr düşür ya yox? Onun namaz qılmadığını bilməklə yanaşı əgər (ona cənazə qılmağı) tərk edərsə günaha girirmi? Həmçinin şərab içən, namaz qılmamış kimsə üzərində bunları bilənə cənazə qılması icazəlidir ya yox?

Kitablar

  • Dəyərli vaxtını düşünərək ilk başdan bir nəsihət etmək istəyirik. Əgər zamanımızda sözü gedən xilafət mövzusu ilə maraqlanan biri deyilsənsə, lakin ibadətlərinlə məşğul olan və ümmətə bacardığın qədər kömək etməyə çalışan birisənsə o zaman bu kitabı oxumağa ehtiyacın yoxdur. Oxuya biləcəyin daha xeyirli kitablar vardır. Əgər iddia olunan xilafəti qəbul edən kəslərdənsənsə o zaman oxumağı tövsiyə edirik. Əgər qəbul etmirsənsə, lakin şübhə içindəsənsə sənə də oxumağı tövsiyə edirik. İslamda idarə sistemi ilə bağlı mövzuları araşdıran elm əhlisənsə o zaman bu kitabda faydalı ola biləcək məlumatlar vardır.

  • Təqdim etdiyimiz bu kitab dinimizin ən məşhur və ən aşkar şüarlarından, eyni zamanda ən əzəmətli ibadətlərindən biri olan təravih namazları haqqındadır. Ramazan ayında qılınan bu təravih namazlarının rükətlərinin sayı haqqında son dövrlərdə müzakirələr çoxalıb. Bu kitabımızda məsələni ətraflı ələ almağa çalışdıq və bu barədə zikr olunan ən önəmli nöqtələrə toxunduq.Kitabı diqqətlə oxumanız önəmlidir.

Məqalələr

  • 20 Feb , 2020

          İslam dinində mövcud olan şəri əhkamların[1] qaynağı Allahın endirdiyi Kitab yəni Qurani-Kərim və Allah Rəsulun ﷺ sünnətidir. İslam dinində olan şərii hökmlər üç qrupa bölünür:

    Etiqadi hökmlər

    Əqidə və inancla bağlı olan - Allah ﷻ varlığı, təkliyi, sifətləri, mələklər, göndərilən kitablar, nəbi və rəsullar, qədər, axirət günündə baş verəcək hadisələr ilə bağlı hökümləri əhatə edir. Etiqadi hökmlər “Əqidə” elminin mövzusudur.

    Əməli hökmlər 

    Əməli hökmlər ibadət, müamələt, ailə huququ, müxtəlif cəza və cinayətlərlərin bağlı olan hökmləri əhatə edir. Əməli hökümlər “Fiqh” elminin mövzusudur.

    Əxlaqi hökmlər 

    Ədəb, əxlaq və nəfs tərbiyəsi ilə bağlı olan - yalan deməmək, dürüst olmaq, verilən sözə əməl etmək, vədə xilaf çıxmamaq, əmanətə xəyanət etməmək, insanlarla gözəl və yumşaq müamilə etmək kimi nəfs tərbiyəsi və təzkiyəsi ilə bağlı hökümləri əhatə edir. Əxlaqi hökümlər “İslam əxlaqi” elminin mövzusudur.

     

    • FİQHİN TƏRİFİ

    Fiqh kəlməsinin lüğət mənası

         Fiqh (فِقْهٌ) kəliməsi ərəb dilində “fəqihə” (فَقِهَ) fe’linin məsdəridir, “fəhm etmək, dərindən başa düşmək, idrak etmək, anlamaq, bilmək və qavramaq” mənalarina gəlir.

         Fiqh kəliməsi və bu kəlmədən törəyən növləri Qurani-Kərimdə iyirmi yerdə keçir “deyilən sözün məqsədini qavramaq, anlamaq, dərindən bilmək və öyrənmək” kimi mənalarda işlədilmişdir.

    Allah ﷻ Qurani-Kərimdə belə buyurur:

    بِعَزِيقَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِمَّا تَقُولُ وَ إِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَ لَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ 

    Onlar dedilər: “Ey Şuayb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif (gücsüz) görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də əziz bir adam deyilsən” (Hud, 91)

    وَ مَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ 

    "Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinərlər" (Tövbə, 122)

              Həmçinin nümunə olaraq fiqh kəliməsinin işləndiyi bu ayələrə də baxa bilərsiz: Nisa, 78; Ənfal, 65; Həşr, 13; İsra, 44.

           Fiqh kəlməsi hədisi-şəriflərdə isə "dinin incəliklərini qavramaq” mənasında istifadə olunmuşdur. Fiqh kəlməsinin keçdiyi bəzi hədislər belədir:

    • “Allah kimə xeyir diləyərsə onu dində fəqih edər”[2] ("مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ")
    • "Insanın bilmədiyini bilmirəm, Allah bilir, deyə bilməsi onun fiqhindəndir”[3]
    • "Bir şəxsin namazını uzun, xütbələrini qisa tutması fəqih olmasının əlamətlərindəndir”[4]
    • “Allah Rəsulu Abdullah ibn Amrin həddindən çox Quran oxuması səbəbilə ona xəbərdarlıq etmiş və belə buyurmuşdur: "Üç gündən daha qısa bir müddətdə oxuyub bitirmə, çünki bu qədər sürətlə oxuyan Qurani fiqh edə bilməz (anlaya bilməz, dərk edə bilməz)"[5]

             Tövbə sürəsi 122-ci ayətdə keçən لِيَتَفَقَّهُوا فِي الدِّينِ kəliməsi və Allah Rəsulunun ﷺ hədisində يُفَقِّهْهُ فِي" الدِّينِ” olan fiqh (فِقْهٌ) kəliməsi dində və ya dini elmlərdə dərin anlayış və fəhm (qavrama) sahibi olmaq mənasını verir. Fiqh elmi ilə məşğul olub, bu elmdə ixtisaslaşan və dərinləşən şəxslərə “fəqih” (فَقِهٌ) deyilir. Bu kəlimənin cəmi “fuqaha” (فُقَهَاءُ) kəliməsidir.

     

    Fiqh kəlməsinin istilahi (termin) mənası

           Peyğəmbərimizin vəfatından sonra hicri ikinci yüz illiyin ortalarından etibarən şəri elmlərin ortaya çıxması ilə əlaqədar olaraq fiqh kəliməsi də termin kimi istifadə edilmişdir. İlk hicri əsrlərdə islami elmlərin hamısını ehtiva etməsi baxımından da fiqh kəliməsi istifadə olunmuşdur.

    "Dini hökmləri dəlilləri ilə bilmək” olaraq kimi qısa tərif edilən fiqh termininin müxtəlif tərifləri vardır:

    • İmam Azam Əbu Hənifənin fiqhə verdiyi tərif:

     “Fiqh, insanın öz lehinə və əleyhinə olan hökmləri bilməsidir” (الْفِقْهُ مَعْرِفَةُ النَّفْسِ مَا لَهَا و مَا عَلَيْهَا)

    • İmam Şafiinin fiqhə verdiyi tərif:

     “Fiqh, təfsili dəlillərdən yəni ayə və hədislərdən çıxarılan (əldə edilən) əməli şəri əhkamları (hökmləri) bilməkdir”

     

    Fiqh elminin əsas babları (bölümləri) aşağıdakılardır: 

    Fəqihlər fiqh kitablarını dörd böyük bölümə ayırmışlar. Həmin bölümlər: İbadət, müamələt, munəkahat, uqubat.

    • İbadət: Təharət, namaz, zəkat, oruc, həcc, ümrə, cənazə, cihad kimi ibadətlə bağlı olan mövzuları ələ alır.
    • Müamələt: Alış-satış, müqavilə, borc, kirayə, miras, vəsiyyət, fəraiz ilə əlaqəli hökmlər bu babda yerləşir.
    • Munəkahat: Nigah, talaq, nəfəqə və s. ailə huququ ilə bağlı olan məsələr bu bölümdə toplanır.
    • Uqubat: Müxtəlif cəza və cinayətlərlərin bu dunyada verilən cəzaları ilə əlaqəli olan mövzuları bu bab əhatə edir.

     

    Fiqh elminin mövzusu: Fiqh elmi mükəlləflərin felləri haqqındadır. Mükəlləfə ibadətlərində, müamələtlərində və digər məsələlərdə fiqh elmindən ehtiyacı olan hər bir şeyi öyrənməsi vacibdir, öyrənməkdə ehmalkarlığ və tənbəllik etməsi icazəli deyil.

    Fiqh elminin məqsədi: Bu elm hər bir müsəlmana ibadətləri düzgün yerinə yetirməyə, bununla da Allahın rzasını qazanaraq dünya və axirətdə səadətə qovuşmağa yardımçı olur.

    Nisbəti: Fiqh elmi şəriət elmlərinə nisbət edilir.

    Əsasını qoyan: Fiqh dair ilk əsərlər hicri birinci əsrin sonları - hicri ikinci əsrin əvvələrində yazıldığı məlumdur, lakin fiqh mövzusunda tərtib edilmiş kitabın ilk dəfə kimin tərəfindən yazıldığı dəqiq bilinmir.

     

    Fiqh elmi ilə fiqh üsulu elminin əlaqəsi

    Fiqh üsulu (Usulu-fiqh): fiqh elmini nəzəri (teorik) yöndən ələ alır. Fiqh üsulu elmi fəqihə fiqhdə yer alan şəri hökmlərin çıxarılma metodlarını göstərir.

    • Fiqh üsulunun tərifi:

    “Fiqh üsulu: fiqhin dəlillərini mücməl şəkildə bilmək, ondan istifadə etmənin necəliyi  və istifadə edənin halınını öyrənən elmdir. Dəlillərdən fayda çıxaran isə müctəhiddir”[6] 

    Müctəhid: İslam şəriətinin əsas qaynağı olan Quran və Sünnətdən istinbat edərək şər’i bir hökm çıxaran şəxsdir.

    Fiqh üsulu elminin ana sütunları aşağıdakılardır:

    • Şəri dəlillər və qaydalar
    • Şəri hökmlər
    • Məqasiduş-Şəri’a (Şəriətin məqsədləri)
    • Müctəhid və ictihad metodları

     

    Furu’u-fiqh: Furu qismi fiqh elminin tətbiqat tərəfini ələ alır. Furu, muctəhidin təfsili dəlillərdən əldə etdiyi əməli hökmləri dəlillərlə açıqlayır. Məsələn, islam dininin təharət, namaz, oruc, zəkat, həcc, qurban, alış-satış, nikah, talaq kimi tətbiqi hökmlərini furui-fiqh elmi dəlillərlə izah edir.

     

    [1] “Əhkam” (أَحْكَامٌ) kəliməsi ərəb dilində bir kəlimədir və “hökm” (حُكْمٌ) kəliməsinin cəmidir.

    [2] Buxari, Elm 71; Müslim, Zəkat 1037 (Muttəfəqun aleyh)

    [3] Müslim, Munafiqun 40

    [4] Müslim, Cümə 47

    [5] İmam Əhməd ibn Hənbəl, “Müsnəd”, X, 55

    [6] İmam Abdulmu’min Abdulhaqq əl-Hənbəli “Qavaidul-usul və Məaqidul-fusul”

  • 22 Apr , 2018

    İslam əhkamının tətbiq edilmədiyi cəmiyyətlərdə boşama və evliliklə bağlı məsələlərdə müsəlman ailələr boyük problemlərlə üzləşirlər. Bu problemlərin ən qəlizlərindən biri də əri tərəfindən zülm görən müsəlman qadınların ərlərindən boşana bilməməkləridir. Bu vəziyyətdə qadın çarəsiz halda qalaraq zülm və əziyyət içində həyatını sürdürməli olur. Qadının vəliləri könüllü olaraq kişini dilə gətirə bilmirlər. Bu halda çıxış yolları nə ola bilər?

  • 28 Jan , 2018

    Bu barədə eninə və uzununa yazmağımıza baxmayaraq inadkarlar görməməzlikdən gəlirlər və özlərinə etibar edən qafil müsəlmanları da aldatmağa davam edirlər. Halbuki həqiqət həddindən artıq bəsitdir və həqiqət budur ki, siravi müsəlmanlara alimləri təqlid etmək vacibdir.

  • 03 Jan , 2018

    Məzhəblərə qarşı aparılan təbliğatın mərkəzində bəzi xoşa gəlməyən misallar durur. Bu misalların tacı isə hənəfilərin şafi’i məzhəbindən olan oğlanlara qız verməyi qadağan etməkləri iddiasıdır. Bu cür misalları verərək insanlarda oyatdıqları təəssüratın fəsadı ölçülməz dərəcədə böyükdür. Bu eşitdiklərini dərk edə bilməyən avam kütlənin bir hissəsi batil dinlərə qarşı tutumunu məzhəblərə qarşı da nümayiş etdirir.

  • 18 Sep , 2017

    Əbu Abdilləh Muhəmməd bin Musa bin Abdilləh əl-Bələsəğuni tarixdə xoşa gəlməz bir ifadə ilə yadda qalmış bir alimdir. Hənəfi məzhəbindəndir. ”ət-Turki” və ”əl-Ləmişi” nisbətləri ilə də tanınır. Əslən Kaşğar şəhəri yaxınlığında yerləşən Bələsəğun kəndindəndir. Şəriət elmlərini Bağdadda böyük hənəfi alimi əd-Dəmiğani’dən öyrənib.

Şəxsiyyətlər

  • 06 Dec , 2014

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 17 Mar , 2014

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 12 Nov , 2013

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 04 Apr , 2013

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 03 Apr , 2013

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

Favaid-Facebook



Aktual Mövzular

Tarixdən Səhifələr

Nəsiminin dərisi soyulubmu?

Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb.

Ly Mai qətliamı

Bu, bəşər tarixinin ən acılı səhifələrindən bir səhifədir. Bizlərə Qərbin "mədəniyyətini" ən çılpaq şəklində nümayiş etdirir. Bütün bunlardan bir nəticə çıxarmaq bizim üçün çox önəmlidir.

Video güşə

 

Əsr namazından əvvəl qılınan Sünnət namazı

Samir Firdovsioğlu

 

Şənbə günü oruc tutmaq olarmı?

Samir Firdovsioğlu