Yeniliklər İcmalı
Gündəlik bir hədis
Əsl möminin qonşusu da özü kimi tox olar!
- Category: Gündəlik bir hədis
- Published: Sunday, 27 October 2013 08:51
- Hits: 4103
Ənəs bin Malik - radiyallahu anhu - buyurur ki, Allahın elçisi - salləllahu aleyhi va səlləm - demişdir: "Qonşusu yanında ac qaldığı halda bundan xəbəri olaraq qarnı tox yatan mənə iman etməmişdir." ət-Tabərani
Qardaşının üzünə təbəssüm etmək sədəqədir!
- Category: Gündəlik bir hədis
- Published: Sunday, 27 October 2013 08:38
- Hits: 3881
Əbu Zərr deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Qardaşının üzünə təbəssüm etməyin sənin üçün bir sədəqədir, yaxşlığı əmr edib pislikdən çəkindirmək sədəqədir, yolunu azmış birinə yol göstərmək sənin üçün bir sədəqədir, gözü görməyənə göstərmək sənin üçün sədəqədir, yoldan tikanı, daşı, sümüyü aradan qaldırmaq sənin üçün sədəqədir, öz qabından qardaşının qabına tökmək sənin üçün sədəqədir."ət-Tirmizi, (1956)
Ən ləziz yemək halal qazancdan olur
- Category: Gündəlik bir hədis
- Published: Sunday, 27 October 2013 08:39
- Hits: 3382
Miqdam bin Mədi Kərib deyir: Peyğəmbər - salləllahu aleyhi va səlləm - dedi: "Heç kim öz əlinin qazancından yediyindən daha xeyirli bir yemək yeməmişdir. Davud peyğəmbər öz əməlinin qazandığından başqa bir şey yeməzdi." əl-Buxari
Həyat yoldaşına zülm etmə!
- Category: Gündəlik bir hədis
- Published: Sunday, 27 October 2013 08:37
- Hits: 3849
Möminlərin anası Aişə - radiyallahu anhə - deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - heç bir şeyə əsla əl qaldırmamışdır. Nə bir qadını, nə də bir xidmətçini vurmuşdur; yalnız Allah uğrunda cihad etməsi halı istisna idi. Onun haqqına girdikdə qarşı tərəfdən intiqam almazdı, lakin Allahın haramlarından biri işləndikdə Allah - azzə və cəllə - üçün intiqam alardı." Muslim (2328)
Çox yeməkdən çəkinmək lazımdır!
- Category: Gündəlik bir hədis
- Published: Sunday, 27 October 2013 08:48
- Hits: 3365
Nafi deyir: "İbn Ömər onunla birlikdə yemək üçün bir miskin gətirilmədən yeməyə başlamazdı. (Bir gün) onunla birlikdə yemək üçün bir nəfəri gətirdim və həddindən çox yedi. Bunun üzərində (İbn Ömər) dedi: "Ey Nafi! Bunu mənim yanıma gətirmə! Peyğəmbəri - salləllahu aleyhi va səlləm - belə deyərkən eşitdim: "Mömin bir qarın tutumunda yeyər, kafir isə yeddi qarın tutumunda yeyər." əl-Buxari və Muslim
Uşaqlara rəhm edin ki, rəhm olunasız!
- Category: Gündəlik bir hədis
- Published: Sunday, 27 October 2013 08:50
- Hits: 3778
Əbu Hureyrə deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - Əlinin oğlu əl-Həsən'i öpdü və əl-Əqra bin Həbis ət-Təmimi onun yanında oturmuş halda idi. əl-Əqra dedi: "Mənim on uşağım var, onlardan heç birini öpməmişəm." Bunun üzərinə Allahın elçisi - salləllahu aleyhi va səlləm - ona baxdı və dedi: "Kim rəhm etmirsə rəhm olunmaz." əl-Buxari və Muslim
Unutma ki, nəvaziş nəsihətin bəzəyidir!
- Category: Gündəlik bir hədis
- Published: Sunday, 27 October 2013 08:04
- Hits: 3350
Ənəs bin Məlik - radiyallahu anhu - deyir: "Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Elə bir şey yoxdur ki, mülayimlik, nəvaziş ona qarışdıqda onu gözəlləşdirməsin və elə bir şey yoxdur ki, ondan nəvazişi alıb götürdükdə onu çirkinləşdirməsin!" "Müsnəd Əhməd", 3/241
Yeni Müsəlman
-
04 Apr , 2020
Qəlb bir hökmdara bənzəyir və onun iki ordusu vardır. Biri zahiri gözlə görülən, digəri isə bəsirət gözüylə görülən ordudur. Gözlə görülən ordu, insanın xarici (zahiri) və daxilidəki üzv və orqanlardır. Bu orqanlar insana xidmət etmək üzçün yaradılıb və ona qarşı gəlməyi bacarmazlar.
-
22 Mar , 2020
Bu bölüm, “Həlak Edən Əməllər” babının ilk bölümüdür.
Çəyirdəyi və toxumu yaran, meyvəni və otu yaradan, hərəkət edən və yeriyən hər şeyə ruzi verən, öz vəli qullarını himayə edib qoruyan, yaratdığı və böyütdüyü hər şeyə qarşı yumşaq davranan Allaha həmd olsun. Böyüdülüb yetişdirilənə baxan şəxs böyüdüb yetişdirən Rəbbi tanıyar.
-
11 Nov , 2016
Əhməd bin Hənbəl ibn İshaqdan o da Kəb bin Malikdən (radiyallahu ənh) Əqabə hadisəsi haqqında belə dediyini rəvayət edib: …O gecə qövmümüzlə birlikdə miniklərimizin üstündə yatdıq. Gecənin üçdə biri keçəndən sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) ilə görüşmək üçün miniklərimizdən ayrıldıq. Gizli səssiz bir şəkildə bir-bir iki-iki gedirdik. Əqabadaki bir vadidə toplandıq. Biz yetmiş iki kişi idik. Hamımız toplandıqdan sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) gəldi. Yanında Rasulullah (səllallahu əleyhi və səlləm)in əmisi Abbas bin Abdulmuttalib var idi. O, hələ o vaxt öz qövmünün dinində idi. İlk olaraq Abbas bin Abdulmuttalib danışdı:
-
09 Nov , 2013
İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)
Fətvalar
-
02 Jun , 2017
Mufti: Şeyx Muhəmməd bin Süleyman əl-Cərrah əl-Hənbəli
Sual: İmsak və iftar vaxtları baxımından radioda və ruznamələrdə verilən vaxtlara əsaslanaraq insanlar oruc tuta və onlara əsasən oruclarını aça bilərlərmi?
-
14 Apr , 2017
Mufti: Əhməd bin Muhəmməd bin Hənbəl
Sual: Qadının öz malından istədiyi kimi sədəqə verməsinə ərinin mane olmağa haqqı varmı?
-
02 Nov , 2016
Mufti: Şeyxul-İslam İbn Teymiyyə
Sual:
Kişi həyat yoldaşına namaz qılmağı əmr edir və (qılması üçün) vurur, buna baxmayaraq (qadın) qılmır. Mehr və başqa səbəblərə görə də qadını boşaya bilmir.
-
01 Nov , 2016
Mufti: Şeyxul-İslam İbn Teymiyyə
Sual:
(Diri ikən) namaz qılmayan bir ölü üzərində cənazə qılmaq barəsində soruşuldu; bunda kiməsə əcr düşür ya yox? Onun namaz qılmadığını bilməklə yanaşı əgər (ona cənazə qılmağı) tərk edərsə günaha girirmi? Həmçinin şərab içən, namaz qılmamış kimsə üzərində bunları bilənə cənazə qılması icazəlidir ya yox?
Kitablar
-
Dəyərli vaxtını düşünərək ilk başdan bir nəsihət etmək istəyirik. Əgər zamanımızda sözü gedən xilafət mövzusu ilə maraqlanan biri deyilsənsə, lakin ibadətlərinlə məşğul olan və ümmətə bacardığın qədər kömək etməyə çalışan birisənsə o zaman bu kitabı oxumağa ehtiyacın yoxdur. Oxuya biləcəyin daha xeyirli kitablar vardır. Əgər iddia olunan xilafəti qəbul edən kəslərdənsənsə o zaman oxumağı tövsiyə edirik. Əgər qəbul etmirsənsə, lakin şübhə içindəsənsə sənə də oxumağı tövsiyə edirik. İslamda idarə sistemi ilə bağlı mövzuları araşdıran elm əhlisənsə o zaman bu kitabda faydalı ola biləcək məlumatlar vardır.
-
Təqdim etdiyimiz bu kitab dinimizin ən məşhur və ən aşkar şüarlarından, eyni zamanda ən əzəmətli ibadətlərindən biri olan təravih namazları haqqındadır. Ramazan ayında qılınan bu təravih namazlarının rükətlərinin sayı haqqında son dövrlərdə müzakirələr çoxalıb. Bu kitabımızda məsələni ətraflı ələ almağa çalışdıq və bu barədə zikr olunan ən önəmli nöqtələrə toxunduq.Kitabı diqqətlə oxumanız önəmlidir.
Məqalələr
-
20 Feb , 2020
İslam dinində mövcud olan şəri əhkamların[1] qaynağı Allahın endirdiyi Kitab yəni Qurani-Kərim və Allah Rəsulun ﷺ sünnətidir. İslam dinində olan şərii hökmlər üç qrupa bölünür:
-
22 Apr , 2018
İslam əhkamının tətbiq edilmədiyi cəmiyyətlərdə boşama və evliliklə bağlı məsələlərdə müsəlman ailələr boyük problemlərlə üzləşirlər. Bu problemlərin ən qəlizlərindən biri də əri tərəfindən zülm görən müsəlman qadınların ərlərindən boşana bilməməkləridir. Bu vəziyyətdə qadın çarəsiz halda qalaraq zülm və əziyyət içində həyatını sürdürməli olur. Qadının vəliləri könüllü olaraq kişini dilə gətirə bilmirlər. Bu halda çıxış yolları nə ola bilər?
-
28 Jan , 2018
Bu barədə eninə və uzununa yazmağımıza baxmayaraq inadkarlar görməməzlikdən gəlirlər və özlərinə etibar edən qafil müsəlmanları da aldatmağa davam edirlər. Halbuki həqiqət həddindən artıq bəsitdir və həqiqət budur ki, siravi müsəlmanlara alimləri təqlid etmək vacibdir.
-
03 Jan , 2018
Məzhəblərə qarşı aparılan təbliğatın mərkəzində bəzi xoşa gəlməyən misallar durur. Bu misalların tacı isə hənəfilərin şafi’i məzhəbindən olan oğlanlara qız verməyi qadağan etməkləri iddiasıdır. Bu cür misalları verərək insanlarda oyatdıqları təəssüratın fəsadı ölçülməz dərəcədə böyükdür. Bu eşitdiklərini dərk edə bilməyən avam kütlənin bir hissəsi batil dinlərə qarşı tutumunu məzhəblərə qarşı da nümayiş etdirir.
-
18 Sep , 2017
Əbu Abdilləh Muhəmməd bin Musa bin Abdilləh əl-Bələsəğuni tarixdə xoşa gəlməz bir ifadə ilə yadda qalmış bir alimdir. Hənəfi məzhəbindəndir. ”ət-Turki” və ”əl-Ləmişi” nisbətləri ilə də tanınır. Əslən Kaşğar şəhəri yaxınlığında yerləşən Bələsəğun kəndindəndir. Şəriət elmlərini Bağdadda böyük hənəfi alimi əd-Dəmiğani’dən öyrənib.
Şəxsiyyətlər
-
06 Dec , 2014
Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.
-
17 Mar , 2014
Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.
-
12 Nov , 2013
Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.
-
04 Apr , 2013
Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.
-
03 Apr , 2013
Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.