Kitab Analizi

əl-Məvardi və onun “ən-Nukət val-Uyun” adlı təfsiri

Əli bin Muhəmməd əl-Məvardi (hicri 364-450) dövrünün ən böyük şafi’i üləmasındandır, zamanında qazilər qazisi olmuşdur. Onun “ən-Nukət val-Uyun” adlı təfsiri vardır və təfsir hal-hazırda çap edilib. İmam İbnus-Saləh onun haqqında və təfsiri haqqında deyir:

Bu əl-Məvardi – Allah onu əfv etsin! – mötəzili olmaqda ittiham olunur. Mən onun haqqında bu ittihamı doğru saymırdım, onun üçün və onun öz təfsir kitabında sünnət əhlinin təfsiri ilə mötəzilənin təfsirinin fərqləndiyi ayələrdə fərqli görüşləri gətirməsi, onlardan hansının haqq görüş olduğunu bəyan etmədən onların arasına mötəzililərin görüşlərini daxil etməsi üçün üzrxahlıq edərdim, onun üçün fərqli izahlar verərdim. Deyərdim: “Ola bilsin ki, onun qəsdi haqq və ya batil olaraq deyilmiş hər bir şeyi gətirməkdir, ona görə də eyni şəkildə müşəbbihənin görüşlərini də zikr edir. Lakin sonra onun bəzi yerlərdə mötəzilənin görüşünü və fasid üsulları üzərində qurduqları fikirləri seçdiyini gördüm və onun əl-Araf surəsində Allahın – subhənəhu va təalə - bütlərə ibadət olunmasını istəməməsi görüşünü götürməsi bunun misalıdır. Allahu Təalənin – “Beləcə Biz hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər qıldıq” – sözləri haqqında dedi: “Allahın “qıldıq” sözündə iki görüş vardır: birincisinin mənası budur ki, “biz onların düşmənlər olmasına hökm etdik” və ikincisi isə budur: “onları ədavət etməkdə tərk etdik, onlara bunda mane olmadıq.

İbnus-Saləh deyir: “Təfsirinin zərəri böyükdür, çünki batil əhlinin çox sayda təvilləri ilə doludur, gizlicə daxil edilmişdir və aldadıcı şəkildədir, belə ki, elm və təhqiq əhli olmayanlar onları ayırd etməyi əql etməyəcəklər. Üstəlik bu təfsir kitabı özünü mötəzilə məzhəbinə aşkar şəkildə nisbət etməyən bir nəfərin kitabıdır, ona görə də ondan çəkindirmək çətindir və o, onlara müvafiq olduğu görüşlərində onlara müvafiq olduğunu gizlətməyə səy göstərir. Üstəlik o, mütləq mənada mötəzili deyildir, çünki o, onlarla bütün üsulda razılaşmır. Misal üçün Allahın – azzə va cəllə - “onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə...” sözünün və digər ayələrin təfsirindəki sözlərinin dəlalət etdiyi kimi Quranın məxluq olduğunu söyləmir. Qədər məsələsində isə onlara müvafiqdir, bu isə basralılar arasında yayılmış bir fəlakətdir[1] ki, buna görə keçmiş zamandan bəri qınanıblar...[2]

İbnus-Saləh’in bu sözlərini əz-Zəhəbi, Saləhuddin əs-Safədi, əl-Qadi İbn Şuhbə, Təcuddin İbnus-Subki və başqaları zikr edirlər, lakin buna etiraz etmirlər.



[1] Qədimdən bəri Basra şəhərində qədər məzhəbi yayılmışdı, hətta tabiin nəslinin Basradan çıxmış böyük alimlərindən bir çoxunda qədər etiqadının növlərindən bir növü olmuşdur.

[2] “Tabəqat əl-Fuqahə əş-Şəfiiyyə”, 2/638-639; Dar əl-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1992, Beyrut

Ən çox oxunan

Şərhus-Sunnə (7686)
Təravih namazı rukətlərin sayı (4771)
İmam əş-Şafinin əqidəsi (3605)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3507)
Düzgün etiqadın şərhi (3434)
Lumatul İtiqad (3352)
İxlas kəliməsinin fəziləti (3207)
Sübh namazının vaxtı (2781)
Mushafu Muallimit-Təcvid (2478)
Ey Sünnə əhli, bir-birinizlə mehriban davranın! (2303)