Kitab Analizi

ət-Tirmizi'nin "əl-Cəmi" kitabı

Hədis kitabları içində ən məşhur kitablardan biri də İmam ət-Tirmizi’nin kitabıdır. Kitab bir çox adı ilə tanınmışdır. Bu adlardan ən məşhuru və ən doğrusu “əl-Cəmi” adıdır və ət-Tirmizi’nin özünün kitabına verdiyi adın bu olduğunu deyiblər. Ya da “Cəmi ət-Tirmizi” deyilir. Alimlərdən bəziləri onu “əl-Cəmi əl-Kəbir” deyib; əl-Kəttəni bu adı “ər-Risələ əl-Mustətrafə” kitabında zikr edir. Digər məşhur ad isə “əs-Sünən” adıdır və başqa cür “Sünən ət-Tirmizi” deyirlər.

Lakin bəzi alimlər ət-Tirmizi’nin bu kitabının tamamilə səhih olması təəssüratı doğuran adlardan istifadə ediblər. Misal üçün əs-Suyuti’nin qeyd etdiyi kimi əl-Xatib əl-Bəğdədi bu kitabı “Sahih ət-Tirmizi” adlandırmışdır. əl-Həkim isə “əl-Cəmi əs-Sahih” söyləmişdir. Müasir zamanımızda da Şeyx Əhməd Şakir kitabı bu adla çap etmişdir. Lakin bu, sözsüz ki, xətadır. Alləmə İbn Kəsir deyir: “əl-Həkim Əbu Abdilləh və əl-Xatib əl-Bəğdədi ət-Tirmizi’nin kitabını “əl-Cəmi əs-Sahih” adlandırardı. Bu, onlar tərəfindən bir diqqətsizlikdir/səhlənkarlıqdır, çünki orada çoxlu münkər hədislər vardır.[1] 


[1][1] “əl-Bə’is əl-Həsis Şərh İxtisar Ulumil-Hədis”, səh: 31; Məktəbətul-Məarif, birinci nəşr: 1416/1995, Riyad

 

Ən çox oxunan

Şərhus-Sunnə (8668)
Təravih namazı rukətlərin sayı (5348)
Xilafət yoxsa Xurafat (4741)
İmam əş-Şafinin əqidəsi (4125)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (4025)
Düzgün etiqadın şərhi (3913)
Lumatul İtiqad (3848)
İxlas kəliməsinin fəziləti (3673)
Sübh namazının vaxtı (3276)
Mushafu Muallimit-Təcvid (2892)