Kitab Analizi

İbn Atiyyə'nin təfsiri

əl-Burzuli adı ilə tanınmış maliki alimi Əbul-Qasim bin Əhməd əl-Bəlvi ət-Tunisi (vəfatı 841/1438) İbn Atiyyə’nin[1] “əl-Muhərrar əl-Vaciz fi Təfsiril-Kitəbil-Aziz” adlı təfsiri haqqında deyir:

 

Şeyxim İmam (İbn Arafə)ni[2] – rahiməhullah – İbn Atiyyə’nin və əz-Zəməxşəri’nin təfsirləri haqqında belə deyərkən eşitdim: “(Elm tələbinə) yeni başlayanlar üçün əz-Zəməxşəri’nin təfsirindən çox İbn Atiyyə’nin təfsirinə görə qorxuruq, çünki əz-Zəməxşəri’nin bidətçi olduğu bilindiyi üçün insanlar ondan ehtiyat etdilər və (təfsirindəki) müxalif fikirləri qeyd etdilər və məşhurlaşdı. İbn Atiyyə isə sünnidir, amma ər-Ramməni’nin[3] mötəzili məzhəbinə aid olan sözlərini durmadan təfsir kitabına daxil etmişdir. (Ola bilsin ki,) Şeyx bu xətalara diqqət çəkməsin və sən etiqad edəsən ki, o, sünnət əhlindən olduğu üçün (təfsirindəki) sözləri də sünnət əhlinin üsuluna müvafiqdir, amma halbuki məsələ elə deyildir.[4] 


[1] İbn Atiyyə məşhur təfsir və fiqh alimidir. Tam adı belədir: Əbu Muhəmməd Abdul-Həqq bin Əbi Bəkr Ğalib bin Abdir-Rahmən bin Ğalib bin Abdir-Rauf bin Təməm bin Abdilləh bin Təməm bin Atiyyə bin Xalid bin Atiyyə əl-Məhəribi. Ğarnata şəhərindəndir. İbn Atiyyə əl-Əndəlusi nisbəti ilə tanınır. Hicri 481-ci ildə doğulub. Təfsir kitabı ilə məşhurdur. Ölüm tarixində ixtilaf edilib. Hicri 542-ci ildə və ya 546-cı ildə öldüyü deyilir.

[2] Əbu Abdilləh Muhəmməd bin Muhəmməd bin Muhəmməd bin Arafə əl-Varğami məşhur maliki fəqihidir. Hicri 716-cı ildə anadan olub və 803-cü ildə vəfat edib. Zeytunə universitetinin imamı və xatibi olmuşdur. İbn Xaldun’un müasiridir.

[3] Əbul-Həsən Əli bin İsa ər-Ramməni. Hicri 296-cı ildə doğulub və 384-cü ildə vəfat edib.Böyük ərəb dili alimidir, mötəzilidir və təfsir alimidir. Əslən Samirə şəhərindəndir, lakin Bağdadda doğulmuş və orada da vəfat etmişdir.

[4] “Fətəva əl-Burzuli”, 6/418; Darul-Ğarbil-İsləmi, birinci nəşr: 2002, Beyrut

 

Ən çox oxunan

Şərhus-Sunnə (8668)
Təravih namazı rukətlərin sayı (5348)
Xilafət yoxsa Xurafat (4741)
İmam əş-Şafinin əqidəsi (4125)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (4025)
Düzgün etiqadın şərhi (3913)
Lumatul İtiqad (3848)
İxlas kəliməsinin fəziləti (3673)
Sübh namazının vaxtı (3276)
Mushafu Muallimit-Təcvid (2892)