Kitab Analizi

İbn Həzm'in "əl-Miləl van-Nihəl" kitabı

Hafiz İbn Abdil-Hədi deyir:

İbn Həzm’in “əl-Miləl van-Nihəl” kitabının əksəriyyətini mütaliə etdim və orada çoxlu möhtəşəm şeylər və qeyri-adi nəqllər zikr etdiyini gördüm və bu, müəllifinin zəkasının güclülüyünə və çoxlu mütaliə etməsinə dəlalət edir. Lakin mənə o kitabından aydın oldu ki, o, qəti bir cəhmidir. əl-Xaliq və əl-Həqq adları kimi az sayda adlardan savayı Allahın adlarının mənalarından heç bir şeyi isbat etmir. ər-Rahim, əl-Alim, əl-Qadir və bunun kimi digər adlar ona görə heç bir məna ifadə etmir. Əksinə ona görə elm qüdrət deməkdir, qüdrət isə elm deməkdir və hər ikisi də Zatın elə özüdür. Elm (ona görə) mücərrəd Zatdan əlavə hər hansı bir mənaya əslən dəlalət etmir. Bu isə elə səfsətə və təkəbbürlüyün özüdür. İbn Həzm yaşı az olarkən məntiq və fəlsəfə elmləri ilə məşğul olmuşdu və məntiq elmini Muhəmməd bin əl-Həsən əl-Məzhəci’dən öyrənib, bu elmdə çox dərinə gedib və bu səbəblə zehnində batil mənalar qərar tapıb. Sonra Kitab və Sünnətə nəzər saldıqda zehnində qərar tapmış mənalara müxalif olan mənalarla rastlaşmışdır və işin həqiqətində Kitab və Sünnətdə mövcud olan bu mənalar barəsində çaş-baş qalmış və tülkü hiylələrinə əl atmışdır. Beləliklə də bəzən sözü dildəki mənasından başqa mənaya yozur, bəzən isə yozaraq deyir: “Bu sözün əslən bir mənası yoxdur, əksinə bu, adlar kimidir”.[1]

 


[1] “Tabəqat Uləmə əl-Hədis”, 3/350-351; Muəssəsətur-Risələ, ikinci nəşr: 1417/1996, Beyrut

 

Ən çox oxunan

Şərhus-Sunnə (7686)
Təravih namazı rukətlərin sayı (4771)
İmam əş-Şafinin əqidəsi (3605)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3507)
Düzgün etiqadın şərhi (3434)
Lumatul İtiqad (3352)
İxlas kəliməsinin fəziləti (3207)
Sübh namazının vaxtı (2781)
Mushafu Muallimit-Təcvid (2478)
Ey Sünnə əhli, bir-birinizlə mehriban davranın! (2303)