Şafi Məzhəbi

Ğayətul-İxtisar - Təharət kitabı (2)

Fəsil

(İstinca barəsində)

 

Sidikdən və nəcisdən istinca[1] etmək vacibdir. Ən yaxşısı öncə daşlarla istinca edib sonradan su ilə təmizlənməkdir. Sadəcə su ilə və ya (nəcis olan) yeri təmizləyə biləcək üç daşla yetinmək də caizdir. Bu ikisindən biri ilə yetinmək istəsə su daha münasibdir.

(Ehtiyacını ödəyən birisi) səhrada (və bənzəri yerlərdə ehtiyac ödədikdə) qibləyə tərəf  önünü və arxasını çevirməkdən çəkinməlidir.

Durğun suya, meyvə verən ağacın altına, yola, kölgəlik yerə və (divarda və yaxud yerdə olan) deşiklərə  sidik və ya nəcis etməkdən çəkinməlidir.

Sidik və ya nəcis etdikdə danışmamalıdır. (Ehtiyacını ödədiyi zaman) günəşə və aya tərəf önünü və arxasını çevirməməlidir.

 


 

 

 

Fəsil

(Dəstəmazı pozan xüsusiyyətlər haqqında)

 

Dəstəmazı pozan (xüsusiyyətlər) altıdır:

  1. iki yoldan[2] çıxan (hər) şey,
  2. qeyri mütəməkkin[3] vəziyyətdə yatmaq,
  3. sərxoşluq və ya xəstəlik səbəbiylə ağlın itməsi,
  4. kişinin əcnəbi qadına[4] arada bir əngəl[5] olmadan  (şəhvətli və ya şəhvətsiz) toxunması,
  5. əlin içi ilə insanın (özünün və ya başqasının) cinsi orqanına toxunması,
  6. yeni məzhəbə[6] əsasən anal dəliyə[7] toxunmaq.

 

 

Fəsil

(Qüslu vacib edən xüsusiyyətlər haqqında)

 

Qüslu vacib edən (xüsusiyyətlər) altıdır. Üçündə kişilər və qadınlar  müştərəkdir. Bunlar 1) iki xitanın[8] qovuşması, 2) məni[9]çıxması və 3) ölümdür. Üçü isə qadınlara xas olan şeylərdir və onlar 4) heyz[10],  5) nifas və 6) doğuşdur.

 

 

Fəsil

(Qüslun fərzləri və sünnətləri haqqında)

 

Qüslun fərzləri üçdür:

  1. niyyət,
  2. əgər bədənində nəcasət varsa onun təmizlənməsi,
  3. suyu bütünlüklə saçına[11] və dərisinə çatdırmaq.

Sünnətləri isə beşdir:

  1. ”bismilləh” deyərək başlamaq,
  2. ondan öncə dəstəmaz almaq,
  3. (yuyunan zaman) əl ilə bədəni sürtmək,
  4. (yuyunarkən yuyulan üzvlərin arasında çox) ara verməmək,
  5. sağı soldan öncə yumaq.

 

 

Fəsil

(Sünnət olan qüsullar haqqında)

 

Sünnət olan qüsulların sayı on yeddidir:

  1. Cümə qüslu
  2. (Qurban və ramazan) bayramlarının qüslu
  3. İstisqa[12] qüslu
  4. Xüsuf[13] qüslu
  5. Küsuf[14] qüslu
  6. Ölüyə qüsul verdikdən sonra alınan qüsul
  7. Kafir İslama girdikdə (aldığı qüsul)[15]
  8. Dəli birinin ağlı başına gəldikdə (aldığı qüsul)
  9. Özündən getmiş birinin ayıldıqda (aldığı qüsul)
  10. Ehrama (ihrama) girdikdə[16] (alınan) qüsul
  11. Məkkəyə girmək üçün (alınan qüsul)
  12. Arafatda durmaq üçün (alınan qüsul)
  13. Müzdəlifədə gecələmək üçün (alınan qüsul)
  14. Üç cimarı[17] daşlamaq üçün (alınan qüsul)
  15. Tavaf üçün (alınan qüsul)
  16. (Səfa və Mərva təpələri arasında) səy[18] etmək üçün (alınan qüsul)
  17. Allah rəsulunun - salləllahu aleyhi və səlləm –şəhərinə[19] girmək üçün (alınan qüsul)

 


[1] İstinca ayaqyoluda ehtiyacını gedərdikdən sonra təmizlənməyə deyilir.

[2] Öndən və arxadan

[3] Mütəməkkin vəziyyətdə yatmaq arxasını yerə dayayaraq, oturaraq yatmaqdır. Qeyri mütəməkkin isə bu hal xaricində olan yatmadır.

[4] Əcnəbi sözündən məqsəd başqa millətdən olan deyil. İmamın qəsd etdiyi, naməhrəm qadın və zövcədir.

[5] Paltar, əlcək və s.kimi

[6] İmam əş-Şafinin -radiyallahu anhu- iki məzhəbi var. İlk məzhəbi qədim məzhəb adlanır. Bu İraqda ikən qoyduğu məzhəbdir. Bu məzhəbinin üsulunu qədim “ər-Risalə” kitabına, fiqhini isə “əl-Hüccə” kitabına yazmışdır. Ondan keçmiş məzhəbini rəvayət edən tələbələrindən ən məşhuru, İmam əz-Zəfərani, İmam əl-Kərabisi, İmam Əbu Səvr əl-Kəlbi, Əhməd ibnu Hənbəl və başqalarıdır. İkinci məzhəbi isə yeni məzhəb adlanır. Bu, Misirə gəldikdən sonra son fiqhi görüşləri olan məzhəbdir. Bu məzhəbinin üsulunu günümüzdə olan yeni “ər-Risalə” kitabına, fiqhini isə “əl-Umm” kitabına yazmışdır. Günümzdə öyrənilən Şafi məzhəbi İmam əş-Şafinin yeni məzhəbidir. Şafi məzhəbindən gətirilən sitatlar da məhz yeni məzhəbdəndir.

[7] Arxa dəlik.

[8] Kişinin cinsi orqanının sünnət olunmuş yerindən yuxarı baş qismi ilə qadının cinsiyyət qapaqları.

[9] Sperma.

[10] Aybaşı

[11] Saçın dibinə.  Həmçinin bədənin başqa yerindəki tüklərin dibinə və qırışların arasına.

[12] İstisqa yağış tələbidir. İstisqa namazı isə Allahdan yalvararaq yağış istəmə niyyətilə qılınan namazdır.

[13] Xüsuf ay tutulmasıdır. Bu zaman qılınacaq namaz üçün qüsl almaq sünnətdir.

[14] Küsuf günəş tutulmasıdır. Hökmü xüsuf ilə eynidir.

[15] Əgər kafir olduğu zaman  qüsul gərəktirən hallar baş veribsə İslama girərkən qüsl alması fərzdir.

[16] Həcdə ehrama girmək harama girmək mənasına gəlir. Həccə və umrə üçün ehrama girən niyyət edərək təlbiyə gətirir. Təlbiyə isə həcdə zəvvarların “ləbbeyk...” sözləridir. Bununla həcdə haram olan şeyləri etməməsi lazımdır.

[17] Üç cimar Həcc ibadəti zamanı şeytan daşlama törənində daşlanılan üç sütundur.

[18] Bu iki təpə arasında yeddi dəfə gedib gəlmək.

[19] Yəni Mədinə şəhərinə

 

Ən çox oxunan

Şərhus-Sunnə (8660)
Təravih namazı rukətlərin sayı (5342)
Xilafət yoxsa Xurafat (4736)
İmam əş-Şafinin əqidəsi (4118)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (4020)
Düzgün etiqadın şərhi (3909)
Lumatul İtiqad (3842)
İxlas kəliməsinin fəziləti (3669)
Sübh namazının vaxtı (3269)
Mushafu Muallimit-Təcvid (2887)