Bu xəbərdarlıq ilə səhifənin rəhbərliyi oxucuların diqqətinə çatdırmaq istəyir ki, səhifəmizdəki materiallar sadəcə müsəlmanları məlumatlandırmaq məqsədi ilə oxucuların ixtiyarına verilmişdir. Fərdlərə və ya təşkilatlara və ya cəmiyyətlərə zərər vermək məqsədi ilə materialların istifadə edilməsinə icazə verilmir və istifadə edildiyi təqdirdə buna görə səhifənin rəhbərliyi məsuliyyət daşımır.
Bismilləhir-Rahmənir-Rahim
Həmd olsun Allaha və aləmlərə rəhmət olaraq göndərilmiş peyğəmbərimizə, onun ailəsinə və səhabələrinə salavat və salam olsun!
Bu əsrimizdə müsəlmanlar kafirləri və müşrikləri təqlid edərək böyük cinayətlər və çirkin əməllərə bulaşırlar. Allahın haram buyurduğu canı zəif düşüncə və yersiz səbəblərdən haqsız yerə öldürürlər, halbuki Allahu Təalə deyir: “Allahın haram buyurduğu canı haqsız yerə öldürməyin!”[1]
Çox təəssüf ki, insan övladı öz cinayətləri üçün hər zaman bir bəhanə axtarmağa çalışıblar və bu cinayəti də gözlərdə xəfiflətmək üçün qadın hüquqları, sağlamlıq, ailə planlaşdırılması, uşaq tərbiyəsi, rahat ailə həyatı kimi yersiz səbəblər irəli sürürlər. Mövzunun əhəmiyyətini nəzərə alaraq abort haqqında qısa olaraq məlumat verməyi istədik. Abortun hökmü barəsində müxtəlif məzhəb alimləri söz açıblar və məsələni ətraflı şəkildə, fərqli surətlərdə müzakirə ediblər.
Müsəlman qadınların maraqlandığı suallardan biri də üzün tükünü təmizləmək və qaşları almaq məsələsidir. Digər məsələlər kimi bu məsələ haqqında da pak şəriətimiz söz açmışdır. Şəriət üzrə mütəxəssis olan fəqihlərimiz bu mövzunu bir çox tərəfdən müzakirə ediblər və fərqli görüşlərə varıblar. Bu mövzu barədə müsəlmanlara faydalı olması məqsədilə bəzi məlumatları bölüşəcəyik.
Azərbaycanın tarixçi və şərqşünas alimlərindən olan akademik Ziya Bünyadov elmdə həmişə öz orijinal araşdırma və məqalələri ilə yadda qalıb. Uzun müddət Şərqşünaslıq İnstitutunun direktoru və Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş alim xilafət dövrünün və VII-XIII əsr Azərbaycan tarixinin tədqiqatçısı idi.
Tez-tez qarşılaşdığımız suallardan biri də yeni dünyaya gəlmiş uşaqlarla bağlı sünnətlər haqqındadır. Sözsüz ki, yeni doğulmuş uşağın mübarək sünnətlə həyata qədəm qoyması uşaq üçün xeyirli və bərəkətlidir. Bu barədə müsəlmanların maariflənməkləri və bu sünnətləri canlandırmaqları çox əhəmiyyətlidir. Bu səbəbdən mövzu haqqında kiçik bir yazı hazırladıq. Bu sünnətləri bir-bir tərtiblə qeyd edirik.
Rəhimli və Mərhəmətli Allahın adı ilə! Müsəlmanın namazı və dəstəmazı ilə bağlı bütün məsələlər çox böyük əhəmiyyət daşıyır. Dəstəmaz və namazla bir-başa bağlı olan məsələlərdən biri də məstlərə məsh çəkmək məsələsidir; daha dəqiq desək nazik corablara məsh çəkməklə bağlıdır. Son zamanlar məsələnin müsəlmanlar arasında müzakirə edilməsi gözəl bir əlamətdir. Müsəlmanların gündəlik ibadətlərində ehtiyac duyduqları məsələlər barəsində öyrənməkləri zəruridir.
Müasir corablar məsh üçün yararlıdırmı? Biz bildiklərimizə əsaslanaraq bu cür corablara məsh çəkməyin caiz olmadığına etiqad edirik. Sünnətə tabe olmağa çalışan səmimi qardaşlarımız məsələni səylə öyrənməyə çalışırlar. Bu barədə bizimlə razılaşmayan qardaşlarımız nazik corablara məsh çəkmək barədə bəzi dəlillər zikr edirlər və bizim dəlillərimizlə razılaşmırlar. Allahın izni ilə bu kiçik məqaləmizdə bu barədə gətirilən dəlillərə cavab verməyə çalışacağıq və gəlib keçmiş məzhəblərin, fəqihlərin görüşləri ilə tanış olacağıq.