Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - oruc kitabı

Oruc kitabı

 

 

Bu məsələnin kökünü Allahu Təalənin bu sözləri təşkil edir: “Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi...” (əl-Bəqara, 183)

Ramazan orucu hilalın görünməsi ilə və ya şaban ayının otuz gün olaraq tamamlanması ilə hər bir həddi-büluğa çatmış, əqli dərk edən, oruca gücü çatan müsəlmana vacibdir.

 


 

Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Onu görsəniz oruc tutun və onu görsəniz bayram edin! Əgər hava tutqun olarsa onu hesablayın!” Muttəfəqun aleyhi.[1] Bir başqa rəvayətdə “onu otuz gün olaraq hesablayın![2] sözləri keçir. Yenə başqa rəvayətdə “şaban ayının sayını otuz gün olaraq tamamlayın!” sözləri gəlir və bunu əl-Buxari rəvayət edir. [3]

Ramazan orucu adil birinin hilalı görməsi ilə tutulmalıdır, lakin digər aylarda yalnız iki adilin şahidliyi qəbuldur.[4]

Fərz olan oruc üçün gecə yatmadan əvvəl niyyət etmək vacibdir, lakin nafilə olan oruc üçün günəş çıxdıqdan sonra da niyyət etmək olar.[5]

Orucdan zərər çəkən xəstə və yolçu həm orucu tərk edə bilər, həm də oruc tuta bilər.

Heyzli və nifaslı qadınlara oruc tutmaq haramdır və (ötürülmüş orucların) qəzasını tutmaq vacibdir.

Hamilə və süd əmizdirən qadın uşağa zərər gəlməsindən qorxarsa orucu tərk etməli, əvəzində qəzasını tutmalı və hür gün üçün bir miskini yedirməlidir.

Yaşlılıq və ya sağalacağına ümid olmayan bir xəstəlik səbəbilə oruc tutmaqdan aciz olan biri əvəzində hər gün üçün bir miskini yedirməlidir.

Əgər kimsə yemək və ya içmək və ya qəsdən qusmaq və ya qan aldırmaq və ya mubaşəra nəticəsində məni axıtmaq[6] səbəbi ilə orucunu pozarsa ona vacib olan yalnız həmin günün qəzasını tutmaqdır. Lakin cima[7] səbəbilə orucunu pozanlar istisnadır, onlar qəza orucu tutmalı və bir qul azad etməlidirlər, əgər (qul) tapa bilməsə iki ay fasiləsiz oruc tutmalıdır və əgər bunu bacarmasa altmış miskini yedirməlidir.

Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim oruclu olduğu halda unudaraq yeyib içərsə orucunu tamamlamalıdır, çünki onu yedirən və içizdirən yalnız Allahdır.” Muttəfəqun aleyhi.[8]

Yenə deyir: “İnsanlar orucu açmağı tezləşdirdikləri müddətdə xeyir içində olmağa davam edəcəklər.” Muttəfəqun aleyhi.[9]

Həmçinin belə buyurmuşdur: “Suhur[10] edin, çünki suhurda bərəkət vardır.” Muttəfəqun aleyhi.[11]

Dedi: “Sizdən biriniz orucunu açmaq istərsə xurma ilə orucunu açsın, əgər xurma tapa bilməzsə su ilə orucunu açsın, çünki su təmizləyicidir.” Bunu beşlik rəvayət edib.[12]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim pis söz söyləməyi, onunla əməl etməyi və cahillik etməyi tərk etməzsə Allahın onun yeməyi və içməyi tərk etməsinə ehtiyac yoxdur.” Bunu əl-Buxari rəvayət edir.[13]

Həmçinin deyir: “Kim ölərsə və boynunda oruc borcu olarsa, vəlisi[14] onun yerinə oruc tutar.” Muttəfəqun aleyhi.[15]

Ondan Arafə gününün orucu haqqında soruşdular və dedi: “Keçmiş və qalan il üçün kəffarədir.[16]

Aşura gününün orucu haqqında soruşuldu və dedi: “Keçmiş il üçün kəffarədir.[17]

Bazar ertəsi gününün orucu haqqında soruşuldu və dedi: “Bu, mənim doğulduğum və göndərildiyim və ya vəhyin mənə endirildiyi gündür.” Muslim rəvayət edib.[18]

Dedi: “Kim ramazan orucunu tutarsa və sonra bu orucu şəvval ayının altı günü ilə davam edərsə, sanki ömrü boyu oruc tutmuş kimidir.” Muslim rəvayət edib.[19]

Əbu Zər dedi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bizə hər ay üç gün ouc tutmağı əmr etdi; (ayın) on üçü, on dördü və on beşi.” Bunu ən-Nəsai və ət-Tirmizi rəvayət edir.[20]

İki günün orucunu, ramazan bayramı və qurban bayramının oruclarını qadağan edib. Muttəfəqun aleyhi.[21] Belə demişdir: “Təşriq[22] günləri yemək, içmək və Allahı – Azzə va Cəllə - zikr etmək günləridir.” Bunu Muslim rəvayət edir.[23]

Həmçinin belə buyurmuşdur: “Sizdən heç kimsə cümə günü oruc tutmamalıdır, lakin ondan əvvəlki gün və ya sonrakı günlə birlikdə oruc tutması istisnadır.” Muttəfəqun aleyhi.[24]

Yenə buyurur ki, “hər kim iman ilə və əcrini Allahdan istəyərək ramazan orucunu tutarsa əvvəlki günahlarını ona bağışlayar və hər kim iman ilə və əcrini Allahdan diləyərək qədr gecəsini qiyamda keçirərsə keçmiş günahlarını bağışlayar.” Muttəfəqun aleyhi.[25]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – vəfat edənə qədər ramazan ayının son on günü etikaf edərdi və ondan sonra həyat yoldaşları etikaf etdilər.” Muttəfəqun aleyhi.[26]

Yenə demişdir ki, “yalnız üç məscidə səfər edilə bilər: əl-Haram məscidi, mənim bu məscidim və əl-Əqsa məscidi.” Muttəfəqun aleyhi.[27]

 


[1] əl-Buxari (1900); Muslim (1081)

[2] Muslim (1081)

[3] əl-Buxari (1909)

[4] Yəni bayramın qeyd olunduğu şəvval ayının girməsi üçün bir adil müsəlmanın şahidliyi kifayət etmir, ən azından iki adil müsəlman hilali gördüklərinə dair şahidlik etməlidirlər. Həcc mövsümünün olduğu zül-hiccə ayı da bunun kimidir. Muharram ayının doqquzu və onu oruc tutmaq istəyənlər üçün də ayın girməsi üçün iki adilin şahidliyi gərəklidir.

[5] Yəni əgər səhər tezdən oyandıqda yeməyə bir şey olmazsa və ya yemək olarsa, lakin həmin günü oruc tutmaq istəyərsə niyyət edib oruc tuta bilər. Lakin iki şərtə riayət etməlidir. Niyyət etmədən əvvəl yemək yeməməlidir və günün qalan hissəsi keçmiş hissəsindən uzun olmalıdır.

[6] “Mubaşəra nəticəsində məni axıtmaq” deyildikdə qucaqlamaq, öpmək və buna bənzər hərəkətlərin nəticəsində spermanın axması qəsd olunur.

[7] Cima kişinin öz həyat yoldaşı ilə cinsi əlaqəda olmasıdır.

[8] əl-Buxari (1933); Muslim (1155)

[9] əl-Buxari (1957); Muslim (1098)

[10] “Suhur” və ya “səhur” orucdan əvvəl səhər tezdən yeyilən yeməyin adıdır.

[11] əl-Buxari (1923); Muslim (1095)

[12] Bunu Əhməd (4/17, 214), ət-Tirmizi (658, 659), Əbu Davud (255), İbn Macə (1699) və ən-Nəsai “əl-Kubra”da (2/254) rəvayət edir. Bunu həmçinin əl-Hakim (1/432) rəvayət edir. ət-Tirmizi və əl-Hakim hədisin səhih olduğunu deyiblər. əl-Hakim deyir: “əl-Buxari’nin şərtinə görə səhihdir.” Şeyx əl-Albani “əl-Mişkət”də (1/621) deyir: “İsnadı səhihdir.”

[13] əl-Buxari (1903)

[14] Hədisdə “vəli” sözü ilə ölənin bütün varisləri qəsd olunur. Onun varislərindən kimsə onun yerinə oruc tuta bilər.

[15] əl-Buxari (1952); Muslim (1147)

[16] Muslimin (1162) rəvayət etdiyi hədisin bir hissəsidir.

[17] Muslim (1162)

[18] Muslimin (1162) rəvayət etdiyi hədisin bir hissəsidir.

[19] Muslim (1164)

[20] Bunu Əhməd (5/150), ət-Tirmizi (761), ən-Nəsai (22), İbn Hibban (943 – məvarid), İbn Xuzeymə (3/302) rəvayət edir. ət-Tirmizi hədisi həsən saymış və Şeyx əl-Albani “əl-İrva”da (4/102) onunla razılaşmışdır.

[21] əl-Buxari (1991); Muslim (827)

[22] Təşriq günləri həcc mövsümündə Minada keçirilən günlərdir; təşriq günləri olaraq adlanmasının səbəbi budur ki, bu günlərdə insanlar kəsdikləri udhiyyə (qurban) və hədy heyvanlarının ətlərini qurutmaq üçün günəş çıxarkən (şuruq) sərirlər və əti quru olaraq yeyirlər. Buna görə də təşriq günləri adlanıblar.

[23] Muslim (1141)

[24] əl-Buxari (1985); Muslim (1144)

[25] Bu hədis bir neçə hədisin bir arada cəm olunmuş şəklidir ki, bu hədisləri əl-Buxari (35, 37, 38, 1901) və Muslim (759, 760) rəvayət edib.

[26] əl-Buxari (2026); Muslim (1172)

[27] əl-Buxari (1189); Muslim (1397)

 

 

Ən çox oxunan

Şərhus-Sunnə (7800)
Təravih namazı rukətlərin sayı (4819)
İmam əş-Şafinin əqidəsi (3659)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3571)
Düzgün etiqadın şərhi (3488)
Lumatul İtiqad (3407)
İxlas kəliməsinin fəziləti (3266)
Sübh namazının vaxtı (2826)
Xilafət yoxsa Xurafat (2545)
Mushafu Muallimit-Təcvid (2523)