Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - cənazə kitabı

Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Ölülərinizə “lə iləhə illəllah” kəlməsini təlqin edin!” Muslim bunu rəvayət edib.[1]

Həmçinin dedi: “Ölülərinizə yasin surəsini oxuyun![2] Bunu ən-Nəsai və Əbu Davud rəvayət edib.[3]

Yumaqla, kəfənləməklə, üzərinə namaz qılmaqla, daşımaqla və dəfn etməklə ölünü hazırlamaq fərzu kifayədir.

Peyğəmbər – salləllahu aleyhi va səlləm - dedi: “Cənazəni tez aparın![4] Əgər saleh biridirsə çox gözəl, siz onu xeyrə götürürsünüz! Əgər saleh biri deyilsə, o zaman şərdir ki, onu çiyinlərinizdən yerə atmış olacaqsız.[5]

 


 

Dedi: “Möminin nəfsi borcu ödənilənə qədər həmin borcdan asılı haldadır.” Bunu Əhməd və ət-Tirmizi rəvayət edib.[6]

Kəfəndə vacib olan bütün bədəni örtən bir parçadır, lakin ihramlı kişinin başı və ihramlı qadının üzü örtülməməlidir.

Cənazə üçün qılınan namazın şəkli belədir:

Qiyamda durur, təkbir gətirir və fatihə surəsini oxuyur. Sonra təkbir gətirir və peyğəmbərə - salləllahu aleyhi va səlləm – salavat deyir. Sonra təkbir gətirir və ölü üçün dua edərək deyir:

Allahumməğfir li həyyinə va meyyitinə va sağirinə va kəbirinə va şəhidinə va ğaibinə va zəkərinə va unsənə. Allahummə mən əhyəytəhu minnə fə əhyihi aləl-İsləm va mən təvaffeytəhu fə təvaffəhu aləl-İmən[7]

Allahumməğfir ləhu varhəmhu va a’afihi va’fu anhu va əkrim nuzuləhu va vassi’ mudxaləhu vağsilhu bil-məi vassəlci val-bəradi va nəqqih minəz-zunubi kəmə yunəqqa əs-səubul-əbyadu minəd-dənəsi[8]

Allahumə lə təhrimnə əcrahu va lə təftinnə bə’dəhu vağfir lənə va ləhu[9].

Əgər ölü uşaqdırsa ümumi duadan sonra bu sözlər əlavə edilir:

Allahumməc’əlhu fəratan li valideyhi va zuxran va şəfian mucəbən! Allahummə səqqil bihi məvazinəhumə va’zim bihi ucurahumə vac’əlhu fi kəfələti İbrahimə va qih bi rahmətikə azəbəl-cəhim.[10]

Sonra təkbir gətirir və salam verir.

Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Ölmüş hər bir müsəlmanın cənazəsində Allaha şərik qoşmayan qırx nəfər iştirak edərsə, Allah onları onun adından şəfaətçi edər!” Bunu Muslim rəvayət edir.[11]

Dedi: “Namaz qılınana qədər cənazədə iştirak edənə bir qirat, basdırılana qədər iştirak edənə isə iki qirat mükafat vardır.” Soruşdular: “İki qirat nədir?” Dedi: “İki nəhəng dağ kimi.” Muttəfəqun aleyhi.[12]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – “qəbrin əhənglənməsini, üzərində oturulmasını və üzərinə bir şeyin tikilməsini qadağan etdi.” Bunu Muslim rəvayət edir.[13]

Ölünün basdırılması bitdikdən sonra qəbrin başında durar və deyərdi: “Qardaşınız üçün bağışlanma diləyin və onun sabitqədəm edilməsini istəyin, çünki onu indi sorğu-sual edirlər!” Bunu Əbu Davud rəvayət edib və əl-Hakim səhih saymışdır.[14]

Ölən insanın yaxınlarına baş sağlığı vermək müstəhəbdir. Peyğəmbər – salləllahu aleyhi va səlləm – ölü üzərində ağlamış və - “şübhəsiz ki, bu, bir rəhmətdir[15] – demişdir. Bununla belə qışqırıb ağlayan qadınları və onlarla oturub qışqırtı və mərsiyələrinə qulaq asan qadınları lənətləmişdir.[16]

Dedi: “Qəbirləri ziyarət edin, çünki onlar Axirəti xatırladır.” Muslim rəvayət edir.[17]

Qəbirləri ziyarət edənə belə deməsi uyğundur:

Əssələmu aleykum əhlə dari qaumin muminin va innə in şə Allahu bikum ləhiqun, va yərhamullahu əl-mustəqdiminə val-mustə’xirin, nəsəlallahə lənə va ləkum əl-afiyə. Allahummə lə təhrimnə əcrahum va lə təftinə bədəhum vağfir lənə va ləhum, nəsəlallahu lənə va ləkum əl-afiyə”.[18]

Müsəlmanı Allaha yaxınlaşdıran hər hansı bir xeyir əməl edərsə və bu əməlin savabını diri və ya ölü müsəlmana verərsə, ona fayda verər. Doğrusunu Allah bilir!

 


[1] Muslim (916)

[2] Bu və bu mənada gəlmiş hədislərdə “ölülər” ilə ölüm ayağında olanlar qəsd olunur. Öldükdən sonra isə yasin oxumaq bidətdir.

[3] Əhməd (5/27), Əbu Davud (3121), İbn Macə (1448), İbn Hibban (720), əl-Hakim (1/565), ət-Tayəlisi (931) və başqaları rəvayət edib. əl-Hafiz İbn Hacər “ət-Təlxis” kitabında (2/110) dedi: “İbnul-Qattan bu hədisi iztirab və vəqf ilə və Əbu Osman ilə atasının hallarının məchul olması ilə illətli sayır.Əbu Bəkr İbnul-Arabi isə əd-Dəraqutni’dən belə dediyini nəql edib: “Bu hədisin isnadı zəifdir, mətni məchuldur və bu mövzuda heç bir hədis səhih deyildir.” Bax; Şeyx əl-Albani, “İrvaul-Ğalil” (688)

Lakin Şeyx İbn Cibrin – rahiməhullah – “İbhəcul-Muminin” kitabında (1/245) bu hədisin şərhində deyir: “Bəzi alimlər bu hədisi zəif sayıblar, lakin görünür ki, hədisi gücləndirən şahidləri vardır, beləliklə bununla əməl etmək olar.” Sələfdən bir çox alim ölüm ayağında yasin oxumağı sünnət görüblər. Abdur-Rahmən bin Mehdi deyir: Sufyan əs-Səvri’nin öldüyü gündə əsr namazını qılmaq üçün çıxmaq istədim və (Sufyan) mənə dedi: “Məni bu halda buraxıb gedirsən?” Dedi: “Buna görə onun başı yanında namaz qıldım və mənə dedi: “Mənim üçün “yasin” oxu! Çünki onun xəstənin halını yüngülləşdirdiyini deyirlər.” Onun üçün oxudum və oxuyub bitirdikdə keçindi.”  (“Siyər Əaləm ən-Nubələ”, 7/278) İmam Əhməd “əl-Müsnəd” əsərində (4/105; hədis: 16521) deyir: Bizə Əbul-Muğira rəvayət etdi; bizə Safvan rəvayət etdi; şeyxlər mənə rəvayət etdilər ki, onlar Ğudayf bin əl-Haris əs-Suməli’nin vəziyyəti ağırlaşdıqda onun yanına getdilər və onlardan soruşdu: “Aranızda (mənim üçün) yasin oxuyacaq biri varmı?” Saleh bin Şureyh əs-Səkuni o surəni oxudu və surədən qırxıncı ayəyə çatanda o, canını Allaha tapşırdı. Dedi: Şeyxlər deyərdilər ki, ölən adamın yanında oxunarsa onunla halı yüngülləşər.” Safvan dedi: “İsa bin əl-Məmər bunu İbn Məbədin ölüm yatağında oxudu.” Bu rəvayəti İbn Hacər “əl-İsabə” kitabında həsən saymış, eləcədə Şeyx əl-Albani və Şeyx Şueyb əl-Arnavut həsən saymışlar. Ğudayf bin əl-Haris əs-Suməli səhabədir.

[4] Hədisdə “cənazəni sürətləndirin” şəklində gəlmiş bu sözü iki cür tərcümə etmək olar. Birinci tərcüməyə görə cənazəni hazırlamağı sürətləndirmək qəsd olunur, ikinci tərcüməyə görə cənazəni sürətli daşımaq qəsd olunur. Şeyx İbn Cibrin – rahiməhullah – hədisin şərhində birinci rəyə üstünlük verir, çünki cənazəni sürətli daşımağın qadağan edilməsi haqqında digər rəvayətlər vardır. Lakin ikinci rəy hədisin zahirinə daha uyğundur və üstəlik cənazəni sürətli daşımaq haqqında gələn qadağalar cənazəni çalxalayaraq, kobud şəkildə daşımağa nisbətdə deyilmişdir. O zaman anlaşılan budur ki, cənazəni tez daşımaqla qəsd olunan cənazəni yavaş daşımamaq, bir qədər tələsməkdir. Doğrusunu Allah bilir!

[5] əl-Buxari (1315), Muslim (944)

[6] Bunu ət-Tirmizi (1078, 1079), İbn Macə (2413), Əhməd (2/420, 475, 508), əd-Darimi (2/262) və əl-Hakim (2/62) rəvayət edir. ət-Tirmizi hədisi həsən sayır, əl-Hakim isə hədisin əl-Buxari və Muslim şərtlərinə görə səhih olduğunu deyir və əz-Zəhəbi onunla razılaşır. Bunu əl-Albani “Sahih Sunən ət-Tirmizi”də (rəq: 860) səhih sayır və əl-Arnavut “Şərhus-Sünnə”də (8/203) həsən olduğunu deyir.

[7] Əhməd (2/368), Əbu Davud (3201), ət-Tirmizi (1024), İbn Macə (1498), İbn Hibban (757 – məvarid), ən-Nəsai (4/74) və əl-Hakim (1/358) rəvayət edir. əl-Hakim dedi: “Bu hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin “əs-Səhih” adlı kitablarında bunu rəvayət etməyiblər.” Bunu həmçinin əl-Albani “Əhkəmul-Cənaiz” kitabında (səh: 124) səhih saymışdır.

Duanın mənası: “Allahım! Dirimizi və ölümüzü, kiçiyimizi və böyüyümüzü, burada olanı və burada olmayanı, kişili qadınlı hamımızı bağışla! Allahım! Bizdən kimi yaşatsan İslam üzərində yaşat və bizdən kimin canını alsan iman üzərində olarkən canını al!”

[8] Muslim (963)

Duanın mənası: “Allahım! Onu bağışla, ona rəhm et, halını yaxşılaşdır, onu əfv et, yerini rahatlaşdır, qəbrini genişləndir! Onu yağış, qar və dolu ilə yu! Ağ paltar çirkdən təmizləndiyi kimi onu günahlardan təmizlə!”

[9] Duanın “Allahummə lə təhrimnə əcrahu va lə təftinnə bə’dəhu” hissəsini İmam Malik “əl-Muvatta”da (533) rəvayət edir.

Duanın mənası: “Allahım! Bizi bunun əcrindən məhrum etmə və ondan sonra bizi fitnəyə düşürmə və bizi də, onu da bağışla!” Duada sözü keçən əcr müxtəlif mənalarda izah edilmişdir. Bu əcr ölüyə qılınan cənazənin və ya cənazədə iştirak etməyin əcri ola bilər. Ya da ölü müsəlmanın ölüm müsibətinə səbr etmək əcri ola bilər. İmam əl-Baci bunları “əl-Muvatta” əsərinin şərhində zikr edir.

[10] Duadakı “Alləmumməc’əlhu fəratan li valideyhi va zuxra” sözlərini əl-Buxari – rahiməhullah - əl-Həsən bin Əli bin Əbi Talib’dən mualləq (tam sənədi olmadan) olaraq rəvayət edərək deyir: “Uşaq üçün fatihə surəsini oxuyur və deyir: “Allahumməc’əlhu sələfən va fəratan va zuxran va əcran.” əl-Hafiz İbn Hacər “Fəthul-Bari”də (3/242) deyir: “Bunu Abdul-Vahhab bin Ata “əl-Cənaiz” kitabında tam bir sənədlərəvayət etmişdir ki, sənədində Said bin Əbi Aruba’dan uşaq üçün qılınan cənazə namazı barədə soruşdular və onlara Qatədə’nin əl-Həsən’dən rəvayət etdiyi bu hədis barədə xəbər verdi.” əş-Şəvkani “Neylul-Əvtar”da (4/55) deyir: “Əgər cənazəsi qılınan ölü bir uşaqdırsa namaz qılanların belə deməkləri müstəhəbdir: “Allahumməc’əlhu lənə sələfən va fəratən va əcran!” əl-Beyhaqi bunu Əbu Hureyranın hədisindən rəvayət edir və bunun eynisini Sufyan öz “əl-Cami” kitabında əl-Həsən’dən rəvayət edir.” əl-Albani “Əhkəmul-Cənaiz”də (səh: 161) deyir: “əl-Beyhaqinin rəvayət etdiyi Əbu Hureyranın hədisinin isnadı həsəndir.”

Duanın mənası: “Allahım! Onu valideynləri üçün “fərat”, “zuxr” və duası qəbul olan “şəfaətçi” eylə! Allahım! Onun səbəbilə valideynlərin tərəzisini ağırlaşdır və onun vasitəsilə əcrlərini çoxalt! Onu İbrahimin kəfalətinə ver və rəhmətin ilə onu cəhənnəm əzabından qoru!”Ərəblər “fərat” sözünü adətən bir yerə getmədən əvvəl həmin yeri hazırlamaq üçün öndə göndərdikləri kimsələrə deyirlər. Yəni bu dua ilə həmin uşağın valideynlərindən öncə Cənnətə daxil olub orada valideynləri üçün yer hazırlaması istənilir. “Zuxr” sözü ilə Allah yanında valideynləri üçün ehtiyat toplayan biri olması və “şəfaətçi” sözü ilə onun valideynlərinin bağışlanması üçün duaçı olması istənilir.

[11] Muslim (948)

[12] əl-Buxari (1325), Muslim (945)

[13] Muslim (970)

[14] Əbu Davud (3221), əl-Hakim (1/370) və əl-Beyhaqi (4/56) rəvayət edib və ən-Nəvəvi “əl-Əzkar” kitabında (147) bu hədisi gətirmiş və həsən olduğunu demişdir. Bunu həmçinin əl-Albani “Sahihul-Cami’is-Sağir”də (4760) səhih saymışdır.

[15] əl-Buxari (1284), Muslim (923)

[16] Əbu Said əl-Xudri – radiyallahu anhu – deyir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – “nəihə”ni və “mustəmiə”ni lənətlədi.” Əbu Davud (3128) rəvayət etmiş və Şeyx əl-Albani “əl-İrva” kitabında (769) zəif saymışdır. Lakin hədisin mənasını isbat edən səhih rəvayətlər gəlmişdir. “Nəihə” səsini qaldırıb oxşamalar, mərsiyələr deyərək ağlayan qadınlardır. Bu cür qadınlar adətən ölünün dünya nemətlərindən çox görmədiyini və gözəlliklərdən çox dadmadığını deyərək ağlayarlar. “Mustəmiə” isə bu cür qadınların yanına oturaraq ya sözlə, ya da susmaqla onlara dəstək olarlar.

[17] Bunu Muslim (977) Bureydə’dən bu sözlərlə rəvayət etmişdir: “Sizlərə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə ziyarət edin...” Müəllifin gətirdiyi sözləri isə ət-Tirmizi (1054) rəvayət etmiş və demişdir: “Hədis həsən səhihdir.”

[18] Bu dua bir neçə rəvayətin bir arada toplanmış variantıdır. “Camiul-Usul” (11/157) kitabına bax.

Duanın mənası: “Ey möminlər diyarının əhli, sizə salam olsun! Allahın izni ilə biz də sizə qoşulacağıq. Bizdən əvvəlkiləri və sonrakılara Allah rəhm etsin! Bizə və sizə salamat olmağı diləyirik. Allahım! Bizi onların əcrindən məhrum etmə və onlardan sonra bizi fitnəyə salma! Bizə və sizə salamat olmağı diləyirik.”

 

 

Ən çox oxunan

Şərhus-Sunnə (7332)
Təravih namazı rukətlərin sayı (4612)
İmam əş-Şafinin əqidəsi (3426)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3339)
Düzgün etiqadın şərhi (3267)
Lumatul İtiqad (3184)
İxlas kəliməsinin fəziləti (3040)
Sübh namazının vaxtı (2486)
Mushafu Muallimit-Təcvid (2327)
Ey Sünnə əhli, bir-birinizlə mehriban davranın! (2198)