Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - Könüllü namazlar bölməsi

Könüllü namazlar bölməsi

Bunlardan ən təkidlisi kusuf namazıdır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – bu namazı qılmış və qılınmasını əmr etmişdir.

Bu namazı Aişənin hədisində vəsf olunan şəkildə qılmalıdır; “Peyğəmbər – salləllahu aleyhi va səlləm – kusuf namazının qiraətində səsli oxudu və iki rükət içində dörd rüku və dörd səcdə etdi.” Muttəfəqun aleyhi.[1]

 


 

 

***

 

Vitr namazı da üzərində təkid olunmuş sünnətdir, peyğəmbər – salləllahu aleyhi va səlləm – həm muqim olarkən, həm də səfərdə olarkən bu namazı qılmağa davam edib və insanları bu namazı qılmağa təşviq edib.

Vitrin rükətlərinin ən az sayı bir rükət, ən çoxu isə on bir rükətdir və qılınma vaxtı işa namazından sonra sübh namazına qədərdir. Vitrin namazlar içində ən sonuncu olaraq qılınması daha əfzəldir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Gecə vaxtı sonuncu namazınızı vitr namazı edin!” Muttəfəqun aleyh.[2]

Yenə demişdir: “Kim gecənin sonunda durmayacağından qorxursa, gecənin əvvəlində vitri qılsın, axırında durmağı istəyən isə qoy gecənin axırında vitri qılsın, çünki gecənin sonunda qılınan namaza şahidlik edilir və bu, daha fəzilətlidir.” Muslim rəvayət edib.[3]

 

***

 

Suyun olmaması səbəbi ilə insanlar çətinlik və korluq çəkərsə istisqa namazı qılmaqları sünnətdir.

Səhrada bayram namazı kimi bir namaz olaraq qılınmalıdır və namaza alçaq könüllü, zəifliyini göstərərək və çox-çox yalvararaq çıxmalı, iki rükət qılmalı, sonra bir xütbə verməlidir. Xütbədə çox-çox istiğfar diləməli və istiğfarın əmr olunduğu Quran ayələrindən oxumalı, duasında israr etməlidir və duasına cavab verilmədiyini güman etməməlidir.

Bu namaza çıxmadan öncə şərri dəf edəcək, rəhməti endirəcək səbəblər etməlidir; bağışlanma diləmək, tövbə etmək, haqsızlıqları tərk etmək, insanlara yaxşılıq etmək və rəhməti cəlb edib bəlaları dəf etmək üçün Allahın qoyduğu digər səbəbləri etmək buna misaldır. Doğrusunu Allah bilir!

 

***

 

Mütləq olaraq nafilə namazlarını[4] qılmağın qadağan olduğu vaxtlar bunlardır: Fəcr namazından günəşin bir nizə uzunluğunda çıxmasına qədər, əsr namazından günəşin batmasına qədər və günəşin zenitdə durduğu vaxtdan batmağa doğru hərəkət etməsinə qədər. Doğrusunu Allah bilir!

 


[1] əl-Buxari (1044), Muslim (901-903)

[2] Muslim (751)

[3] Muslim (755)

[4] Burada nafilə namazları “mütləq” sözü ilə şərtə bağlanmışdır, çünki mütləq olmayan, yəni qeydə bağlanan nafilə namazlarını bu vaxtlarda qılmaq caizdir. Məsələn, əsr namazını qılıb sonra əsr namazını qılan bir camaata rastlasa onlara qoşulub nafilə qıla bilər, cənazə namazı da bunun kimidir. Tavafın iki rükət nafiləsi və məscidə salam namazı haqqında alimlər ixtilaf ediblər.

 

Ən çox oxunan

Şərhus-Sunnə (7962)
Təravih namazı rukətlərin sayı (4911)
İmam əş-Şafinin əqidəsi (3741)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3644)
Düzgün etiqadın şərhi (3556)
Lumatul İtiqad (3480)
İxlas kəliməsinin fəziləti (3330)
Xilafət yoxsa Xurafat (2927)
Sübh namazının vaxtı (2899)
Mushafu Muallimit-Təcvid (2585)