Hənbəli Məzhəbi

"Mənhəcus-Salikin" - Namazı pozan əməllər və məkruhlar

Namazı pozan əməllər və namazda məkruh olan əməllər bölməsi

 

 

Növbəti hallarda namaz batil olur:

-          Qadir olduğu halda qəsdən və ya səhvən və ya cəhalətdən namazın hər hansı bir rüknu və ya şərti tərk olunarsa və yerinə yetirilməzsə, həmçinin vaciblərindən biri qəsdən tərk olunarsa,

-          namazda qəsdən danışılarsa,

-          qəhqəhə olarsa,

-          zərurət olmadan bir-birinin ardınca örfdə çox sayılacaq qədər hərəkət etmək;

çünki birincidə elə bir hərəkəti tərk etmişdir ki, onsuz ibadəti tamamlanmaz, digərlərində isə namazda qadağan olunmuş hərəkətləri etmiş olur.

 


 

 

***

 

Namazda kənarlara boylanmaq məkruhdur, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – namazda boylanmaq haqqında soruşdular və dedi: “Bu, şeytanın qulun namazından oğurladığı bir oğurluqdur.” əl-Buxari rəvayət etmişdir.[1]

Namazda oynamaq[2], əlləri ombaya qoymaq[3], barmaqları bir-birinə keçirmək, onları şıqqıldatmaq, itin çömbəldiyi kimi çömbəlmiş şəkildə oturmaq[4], fikri yayındıracaq bir şeyə tərəf durmaq[5] və ya sidik və digər ifrazatın gəlməsi ya da yeməyin hazır olması səbəbilə beynin məşğul olduğu halda namaza başlamaq məkruhdur, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Yemək hazır olduqda, həmçinin sidik və ifrazatın gəldiyi halda namaz yoxdur.” Muttəfəqun aleyhi.[6]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – bir kimsənin səcdədə olarkən qollarını yaymasını qadağan etdi.

 


[1] əl-Buxari (751)

[2] Bununla kiçik hərəkətlər qəsd olunur, məsələn saçı qaydaya salmaq, papağı və ya paltarı düzəltmək kimi hərəkətlər aiddir.

[3] Omba, yəni budun yuxarı hissəsinə, gövdə hissəsinə namaz əsnasında əlləri qoyub durmaq məkruhdur.

[4] Hədisdə peyğəmbərin itin çömbəldiyi şəkildə çömbəlməyi qadağan etməsi sabit olmuşdur və hədisdə işlənən “iq’a” kəliməsinin təfsirində fərqli fikirlər vardır və doğru yaxın iki görüş var ki, bunlardan birinci görüşə görə bu, “insanın qıçları duz olub yanlarını yerə qoyaraq oturmaqdır, məhz itlər bu cür otururlar və bəzi alimlər bu zaman əllərin də yerə qoyulması qeydini əlavə edirlər. Digər görüşə görə bu, ayaqların dik olub dabanların üstünə oturmaq şəklidir. Ona görə də alimlər namazda hər iki cür oturmağı məkruh sayırlar.

[5] Namazda qibləyə yönələrkən çalışmaq lazımdır ki, qarşı tərəfdə insanın fikrini yayındıracaq bir şeylər olmasın. Bu şəkillə, bəzək, yazı və buna bənzər şeylər ola bilər.

[6] Muslim (560)

 

Ən çox oxunan

Şərhus-Sunnə (7332)
Təravih namazı rukətlərin sayı (4612)
İmam əş-Şafinin əqidəsi (3426)
Uddətus-Sabirin va Zəxiratuş-Şəkirin (3339)
Düzgün etiqadın şərhi (3267)
Lumatul İtiqad (3184)
İxlas kəliməsinin fəziləti (3040)
Sübh namazının vaxtı (2486)
Mushafu Muallimit-Təcvid (2327)
Ey Sünnə əhli, bir-birinizlə mehriban davranın! (2198)